Məhkəmə qərarları › İş №e-2(074)-1230/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1230/2025

25.06.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1230/2025 25.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Kreditor Tələbkar Borclu qarşı aliment üzrə indeksasiyanın tətbiqinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Kreditor Tələbkar Borclu qarşı aliment üzrə indeksasiyanın tətbiqinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 90/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin iki uşağa görə cavabdehdən 130 manat tutulması hissəsinin indeksasiya olunaraq, xx.xx.2009-cu il təvəllüdlü qızı X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, hər ay cavabdeh Borclu hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin indeksasiya olunaraq, icra olunması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, qanunvericilikdə tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsinin mümkünlüyü yalnız məhkəmə qətnaməsinin icrası zamanı nəzərdə tutulduğu halda, ərizəçi Tələbkar hazırda əmr icraatı qaydasında aliment məbləğinin indeksasiyasını tələb edir. Eyni zamanda, ərizənin qaytarılmasına əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra, yenidən qanunla müəyyən olunmuş qaydada tərtib edilmiş ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Kreditor Tələbkar Borclu qarşı aliment üzrə indeksasiyanın tətbiqinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar