Məhkəmə qərarları › İş №e-2(074)-1240/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1240/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1240/2024 27.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə əsasən, nağd kredit üzrə 322.79 manat əsas, 3.17 manat faiz olmaqla, cəmi 325.96 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı” filialı ilə Məmmədova Güllər Əkbər qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə əsasən Məmmədova Güllər Əkbər qızına 39 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 2100 manat məbləğində nağd kredit verilmişdir. X3 Əkbər qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 329 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Məmmədova Güllər Əkbər qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 V-407/2023 nömrəli vərəsəlik işi üzrə xx.xx.2023cü il tarixli, reyestrdə 2V-848 nömrəli qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Məmmədova Güllər Əkbər qızının xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 322.79 manat əsas borc, 3.17 manat faiz borcu olmaqla, cəmi 325.96 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum Məmmədova Güllər Əkbər qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Məmmədova Güllər Əkbər qızına 39 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 2100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ № 193276 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Güllər Əkbər qızı xx.xx.2021-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Məmmədova Güllər Əkbər qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Məmmədova Güllər Əkbər qızına verilmiş **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 0.434820 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissə, DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Məmmədova Güllər Əkbər qızına verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 0.439670 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissə, DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Məmmədova Güllər Əkbər qızına verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 0.387180 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissə, DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Məmmədova Güllər Əkbər qızına verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 2.393140 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissə, DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Məmmədova Güllər Əkbər qızına verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 1.5859 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissələrdən ibarətdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Məmmədova Güllər Əkbər qızının xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 322.79 manat əsas, 3.17 manat faiz olmaqla, cəmi 325.96 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlərə Məmmədova Güllər Əkbər qızının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu ödəmələri barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Məmmədova Güllər Əkbər qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini Məmmədova Güllər Əkbər qızına vermiş, lakin Məmmədova Güllər Əkbər qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məmmədova Güllər Əkbər qızı xx.xx.2021-ci ildə ölmüşdür. Məmmədova Güllər Əkbər qızı öldükdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 miras qoyanın vərəsələri kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Məmmədova Güllər Əkbər qızının ölümündən sonra ondan qalmış miras əmlakı – Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 0.434820 ha, 0.439670 ha, 0.387180 ha, 2.393140 ha, 1.5859 ha torpaq sahələrinin mərhuma məxsus olan hissəsini miras qoyanın qanun üzrə vərəsələri kimi qəbul etdiklərindən, həmin əmlakların dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (325.96 manat) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Məmmədova Güllər Əkbər qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tələb etməkdə haqlıdır. Odur ki, 325.96 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqı cavabdehlərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı da, cavabdehlərdən alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada xx.xx.2018-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə əsasən, nağd kredit üzrə 322.79 manat əsas, 3.17 manat faiz olmaqla, cəmi 325.96 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar