Məhkəmə qərarları › İş №e-2(074)-129/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-129/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-129/2024 16.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi olaraq 27827,52 manat məbləğində vəsaitin, ödənilmiş 173,48 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** HL *** dövlət qeydiyyat nişanlı “KAMAZ 65115” markalı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** GD *** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** GD *** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı nəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** GD *** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, 31850 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, sığortalı dəymiş zərərin məbləği ilə razı olmadığından, nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 31850 manat sığorta ödənişi etibarnamə əsasında sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə 4022,48 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixdə sığorta ödənişi çıxılmaqla, qalıq məbləğ olan 27827,52 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, iddianın təmin olunmasına etiraz etmir, lakin qeyd olunan məbləği tam şəkildə birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Yalnız qətnamənin icrası mərhələsində borcun hissə-hissə ödənilməsi ilə bağlı müraciət etmək niyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2017-ci il buraxılışlı, “Nissan Patrol” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi “Kamaz 65115” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış “Nissan Patrol” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində, sonuncu avtomobilə zərər dəymişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarından görünür ki, “Nissan Patrol” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, zərərin məbləği 31850 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından, nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 31850 manat sığorta ödənişi etibarnamə əsasında sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə 4022,48 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə olunan ** HL *** dövlət qeydiyyat nişanlı “KAMAZ 65115” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** GD *** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** GD *** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmiş, “Nissan Patrol” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 31850 manat qiymətləndirilmiş, "xxxx" ASC-nin xx.xx.2023 -cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından, nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 31850 manat sığorta ödənişi etibarnamə əsasında sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası tərəfindən "xxxx" ASC-yə 4022,48 manat məbləğində vəsait ödənilmiş və sığorta ödənişi çıxılmaqla, qalıq məbləğ 27827,52 manat təşkil edir. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh hazırda iddianı etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən iddia etiraf edildiyindən, sığorta ödənişi olaraq ödənilmiş 27827,52 manat vəsaitin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 173,88 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Sığorta ödənişi olaraq ödənilmiş 27827,52 (iyirmi yeddi min səkkiz yüz iyirmi yeddi manat əlli iki qəpik) manat vəsaitin əvəzi və ödənilmiş 173,88 (bir yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar