Məhkəmə qərarları › İş №e-2(074)-136/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-136/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-136/2025 16.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli müqaviləyə əsasən yaranmış 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borcun, 575,48 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat, ümumilikdə 286380,48 (iki yüz səksən altı min üç yüz səksən manat qırx səkkiz qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı oğuna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 dekabr 2023-cü il tarixində Bakı şəhəri 44 saylı notariat kontorunda X3 ilə Cavabdeh arasında 3M-458 reyestr nömrəli borc müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, X3 xx.xx.2023-cü il tarixində Cavabdeh 285.485 (iki yüz səksən beş min dörd yüz səksən beş manat) manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh həmin pulu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən borc alan, Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X3 ilə İddiaçı arasında 21 avqust 2024-cü il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-3939 reyestr nömrəli “Tələb hüququnun ötürülməsi müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri 44 saylı notariat ofisində X3 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, xx.xx.2023-cü il tarixli, 3M- 458 reyestr nömrəli borc müqaviləsinə əsasən tələb hüquqları İddiaçı ötürülmüşdür. Hazırkı iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsindən də görünür ki, cavabdeh 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc pul almış və 21 mart 2024-cü ilədək ödəməsini üzərinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh müqavilə şərtlərini pozaraq pulu geri qaytarmaqdan boyun qaçırır. Dəfələrlə həm borc verən yəni, X3, həmdə İddiaçı pulu geri qaytarması üçün Cavabdeh müraciətlər etsələr də heç bir nəticə verməmişdir. İddiaçı onunla əlaqə saxlamaq istəsə də təəssüflər olsun ki, o, görüşdən yayınır və bu yolla mənimsədiyi pulu ödəməməyə çalışır. Hazırda iddaçı cavabdehin könüllü olaraq borcunu ödəmək niyyətinin olmadığını gördüyü üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 575.48 (beş yüz yetmiş beş manat qırx səkkiz qəpik) dövlət rüsumu ödəmişdir. Hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 44 saylı notariat ofisində X3 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli müqaviləyə əsasən 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borcun və 575,48 manat dövlət rüsumunun ümumilikdə 286060,48 manat pui vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki tərəflər arasında şirkətin alqı-satqısı ilə bağlı müqavilənin hazırki borc müqaviləsinə heç bir aidiyyatı yoxdur. Əgər həmin alqı-satqı müqaviləsi etibarsızdırsa, cavabdeh bununla bağlı iddia qaldıra bilərdi. Notariusda rəsmiləşdirmədə pulu təhvil alan şəxs Orxandır, bunu digər sənədlər də sübut edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, şirkətin direktoru o, icraçı direktoru isə qohumu Cəfər olub. Şirkət Qarabağda bir sıra işlər görüb. Formal olaraq şirkət onun adına olub, lakin şirkəti Cəfər yaradıb və idarə edirb. Bədirov Mehrəlini o, əvvəllər tanımayıb aralarında heç bir münasibət olmayıb. Borc müqaviləsi bağlanmamışdan bir gün əvvəl Cəfər ona sabah Mehrəli ilə müqavilə bağlamaq lazım olduğunu deyib. O, isə səhər gedib müqaviləni imzalayıb. Borc müqaviləsi üzrə pulun götürülməsi barədə qəbzdə imza ona məxsusdur. Lakin pulu rael olaraq o götürməyib. Mehrəli Cəfərə bir neçə dəfə borc pul vermiş və aralarında sadə əlyazma yazmışlar. Mehrəli Cəfərə borcu rəsmiləşdirməyi təklif etdikdə isə Cəfər onun müqavilə bağlamasını ona demişdir. Həmin kağız əlyazmada borc verilərkən-alınarkən Mehrəli və Cəfərin bir yerdə olmalarına baxmayaraq özlərinin həmin borcu rəsmiləşdirməmələrinin səbəbini bilmir. Cəfər ondan böyük və təcrübəli olduğundan onun dediklərini etmişdir. Borc müqaviləsi bağlanarkən Cəfər Qarabağda, Mehrəli isə Bakıda olmuşdur. Verilən borc şirkət üçün verilmiş və şirkət üçün sərf olunmuşdur. Lakin müqavilənin şirkətlə deyil onunla bağlanmasının səbəbini izah edə bilmir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, pulu qoyan şəxslə pulu götürən şəxs eynidir. Orxanla Mehrəli arasında bağlanmış müqavilə etibarsız müqavilədir. Çünki, Mehrəli pulu özü qoyub və özü götürüb. Şirkəti Cəfər yaradıb, lakin Orxanın adına rəsmiləşdirilib. Həm Mehrəlini, həm də Urfanı tapan şəxs Cəfərdir, Urfan onları tanımayıb. Mehrəli Cəfərə verdiyi pulda gəlirin 50 faizinə şərid idi. Sonra Cəfərlə aralarında mübahisə olub, tələb hüququnun ötürülməsi müqaviləsi ilə Mehrəli Urfana ötürüb. Cəfəri məhkəməyə verə bilmədiklərinə görə Orxanı məhkəməyə veriblər. Müqavilədə göstərilən pul Orxana verilməyib, pulu Mehrəli özü götürüb. Bunu bankda olan videogörüntülər də sübut edə bilər. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, "Borc verən" – X3 "Borc alana – Cavabdeh bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2023-cü il tarixdə 285485 manat 00 qəpik (iki yüz səksən beş min dörd yüz səksən beş manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan" borcu bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni, xx.xx.2024-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri 44 saylı notariat ofisində X3 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, 21,12.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış tələb və hüquqlarını İddiaçı ötürür. İddiaçı X1 yuxarıda qeyd olunan borc müqaviləsi üzrə tələb və hüquqlarını qəbul edir. İş materiallarında olan borc müqaviləsi üzrə pulun notariusun depozit hesabına qoyulması və həmin pul məbləğinin notariusun depozit hesabından çıxarılmasına dair qəbzlərin surətlərindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə 285485 manat məbləğində pulu müvafiq bank hesabına köçürülməsi üçün depozit hesabına qoymuş və həmin gün Cavabdeh borc müqaviləsi üzrə 285485 manat məbləğində pulu almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsində göstərilir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsində göstərilir ki, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq 3M-458 saylı, xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. X3 ilə İddiaçı arasında 21 avqust 2024-cü il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-3939 reyestr nömrəli “Tələb hüququnun ötürülməsi müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri 44 saylı notariat ofisində X3 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən tələb hüquqları İddiaçı ötürülmüşdür. Borc müqaviləsi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müəyyən edilmiş müddətdə borc məbləğini tam ödəməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 285 485 manat pul Cavabdehdan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də İddiaçı tərəfindən ödənilmiş 575,48 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin iddiaçı hüquqi xidmətin göstərilməsi üçün vəkilə 320 manat pul ödənilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 575,48 manat pul olmaqla, ümumilikdə 286060,48 (iki yüz səksən altı min almış manat qırx səkkiz qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar