Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1458/2025 18.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlu, Kreditor Tələbkar Borclu qarşı “aliment məbləğinin indeksasiya edilməsinə” dair məhkəmə əmri haqqında ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Kreditor Tələbkar Borclu qarşı “aliment məbləğinin indeksasiya edilməsinə” dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Tələbkar tərəfindən verilmiş ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232 və 278-ci maddələri ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayyət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 278.1-ci və 278.2-ci maddələrinə əsasən məhkəməyə ərizə yazılı formada verilir, ərizədə ərizənin verildiyi məhkəmənin adı; kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); kreditorun tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İş materiallarından göründüyü kimi, Tələbkar aliment məbləğinin indeksasiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ərizə ilə müraciət etməmişdir. Qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə əmri haqqında ərizə verməklə aliment məbləğinin indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə əsasən aliment məbləğinin indeksasiyasının həyata keçirilməsi məhkəmə əmri verilə bilən tələblərə aid edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə əsasən məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Əlavə olaraq məhkəmə qeyd edir ki, aliment məbləğinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada indeksasiyasının həyata keçirilməsi sabit pul məbləğində alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu hallarda mümkündür. Hazırki iş üzrə, iş materialları ilə müəyyən edilir ki, sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilməmiş və ya edilmişdirsə də, iş materiallarına əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232 və 278-ci maddələri ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayyət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Tələbkar göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Kreditor Tələbkar Borclu qarşı “aliment məbləğinin indeksasiya edilməsinə” dair məhkəmə əmri haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkar izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1458/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1458/2025
18.08.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver