Məhkəmə qərarları › İş №e-2(074)-158/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-158/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-158/2025 06.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 14500 (on dörd min beş yüz) manat borcunun məbləği əsas borcuna görə 13666,25 (on üç min altı yüzaltmış altı manat 25 qəpik) manat, faiz borcuna görə 895,4 (səkkiz yüz doxsan beş manat 40 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 14561,65 (on dörd min beş yüz altmış bir manat 65 qəpik) manat məbləğində pulun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ona illik 19,5 faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 14500 (on dörd min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU- 03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 437,39 (dörd yüz otuz yeddi manat 39 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03948saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 14500 manat borcunun məbləği əsas borcuna görə 13666,25 ımanat, faiz borcuna görə 895,4 manat borcun cəmi məbləği 14561,65 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, maddi vəziyyəti ilə bağlı borcunu vaxtında ödəyə bilməmiş, lakin buna baxmayaraq, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ona illik 19,5 faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 14500 (on dörd min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçıASC-yə xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 14500 (on dörd min beş yüz) manat borcunun məbləği əsas borcuna görə 13666,25 (on üç min altı yüzaltmış altı manat 25 qəpik) manat, faiz borcuna görə 895,4 (səkkiz yüz doxsan beş manat 40 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 14561,65 (on dörd min beş yüzaltmış bir manat 65 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh kredit üzrə mövcud borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU- 03948 saylı kredit müqaviləsi əsasında, xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ona illik 19,5 faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 14500 (on dörd min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli SMNPU-03948 saylı kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli SMNPU-03948/5 saylı kredit müqaviləsinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçıASC-nin xeyrinə 13666,25 (on üç min altı yüz altmış altı manat 25 qəpik) manat əsas borc, 895,4 (səkkiz yüz doxsan beş manat 40 qəpik) manat faiz borcu olmaqla, cəmi 14561,65 (on dörd min beş yüz altmış bir manat 65 qəpik) manat məbləğində pul və ödənilmiş 134 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13666,25 (on üç min altı yüz altmış altı manat 25 qəpik) manat əsas borc, 895,4 (səkkiz yüz doxsan beş manat 40 qəpik) manat faiz borcu olmaqla, cəmi 14561,65 (on dörd min beş yüz altmış bir manat 65 qəpik) manat məbləğində pul və ödənilmiş 134 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar