Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1688/2025 19.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xxxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsi üzrə 3570,51 (üç min beş yüz yetmiş manat 51 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 333,07 (üç yüz otuz üç manat 07 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 20,17 (iyirmi manat 17 qəpik) manat məbləğində penya, cəmi 3923,75 (üç min doqquz yüz iyirmi üç manat 75 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixdən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 59,30 (əlli doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq, Bank tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DKM/018N05A01982223/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin borc alanın Kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən, Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla, əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh2 bank qarşısında gecikdirilmiş borcu 3903,58 (üç min doqquz yüz üç manat 58 qəpik) manat təşkil edir ki, bunun da, 3570,51 (üç min beş yüz yetmiş manat 51 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 333,07 (üç yüz otuz üç manat 07 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar, Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı, illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixə bu məbləğ 20,17 (iyirmi manat 17 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar, iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar, sonuncu ilə, eyni zamanda, digər Cavabdeh1 (zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-cü il tarixli, ŞMX-XO-15.4.2025-005 nömrəli xəbərdarlıq məktubunun və xx.xx.2025-ci il tarixli, ŞMX-XO-12.9.2025-001 nömrəli öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, kredit götürəndən sonra, bir neçə ay ödəniş etmiş, lakin sonradan valideynləri xəstə olduğu üçün, ödəməyə maddi imkanı olmamışdır. Hazırda bank razılaşsa, hər ay 200 manat ödəniş edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd olunan cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq, Bank tərəfindən borc alana 48 ay müddətinə, illik 16 % ödənilməsi şərtilə, 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə, iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DKM/018N05A01982223/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin borc alanın Kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Əhmədov Seyif Cabir oğluna kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq, Bank tərəfindən borc alana 48 ay müddətinə, illik 16 % ödənilməsi şərtilə, 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə, iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit öhdəliklərinə əməl olunmadığından, xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsi üzrə yaranmış borcun məbləği 3570,51 manat məbləğində vaxtı keçmiş əsas, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 333,07 manatı məbləğində adi faizlər, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 20,17 manat məbləğində penya olmaqla, cəmi 3923,75 (üç min doqquz yüz iyirmi üç manat 75 qəpik) manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2025-ci il tarixdən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulması” hissədə kifayət qədər əsaslandırılmadığından və qeyri-müəyyən olduğundan, həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsi üzrə 3570,51 (üç min beş yüz yetmiş manat 51 qəpik) manat məbləğində vaxtı keçmiş əsas, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 333,07 (üç yüz otuz üç manat 07 qəpik) manat məbləğində adi faizlər, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 20,17 (iyirmi manat 17 qəpik) manat məbləğində penya olmaqla, cəmi 3923,75 (üç min doqquz yüz iyirmi üç manat 75 qəpik) manat məbləğində borc və ödənilmiş 59,30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda, hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə xx.xx.2023-cü il tarixli, DKM/018N05A01982223 nömrəli Kredit müqaviləsi üzrə 3570,51 (üç min beş yüz yetmiş manat 51 qəpik) manat məbləğində vaxtı keçmiş əsas, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 333,07 (üç yüz otuz üç manat 07 qəpik) manat məbləğində adi faizlər, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 20,17 (iyirmi manat 17 qəpik) manat məbləğində penya olmaqla, cəmi 3923,75 (üç min doqquz yüz iyirmi üç manat 75 qəpik) manat məbləğində borc və ödənilmiş 59,30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1688/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1688/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver