Məhkəmə qərarları › İş №e-2(074)-1790/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1790/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1790/2025 24.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbinə” dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, SBLMB-12979 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 107,40 manat, faiz borcuna görə 50,36 manat, cəmi 157,76 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qızıl zinət əşyalarına yönəldilməsi, qızılzinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 157,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2025-ci il tarixli, SBLMB-12979 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Hazırki iş üzrə iş materiallarına iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli, ********** nömrəli məxadil qəbzi əlavə edilmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin iddia tələbi pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbi ilə bağlıdır. Hazırki iddia qiymətləndirilən iddia tələbi (pulun tutulması) ilə birgə eyni zamanda, qiymətləndirilməyən iddia tələbini (girov predmetinə yönəldilmə, açıq hərracdan satılması və s.) də əhatə edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göründüyü iddiaçı min manatadək olan qiytmətləndirilən iddia tələbi ilə bağlı 30 (otuz) manat dövlət rüsumu ödəsə də, girov predmetinə yönəldilmə və girov predmetinin açıq hərracdan satılması ilə bağlı olan qiymətləndirilməyən iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən ödəniş qəbzini iş materiallarına əlavə etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qiymətləndirilməyən iddia tələbi ilə bağlı dövlət rüsumu 100 (bir yüz) manat təşkil etdiyindən qiymətləndirilən iddia tələbinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu həmin rüsumla əhatə olunduğundan hazırki iş üzrə dövlət rüsumunun tamamlanması üçün 70 (yetmiş) manat dövlət rüsumunun ödənilməsi tələb olunur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz № **********) 30 manat məbləğində dövlət rüsumu iddiaçı X1 qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz № **********) 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar