Məhkəmə qərarları › İş №e-2(074)-215/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-215/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-215/2025 16.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması barədə iddiaçı tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6888.38 manat məbləğində əsas kredit borcu, 375.08 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1.08 manat məbləğində cərimə olmaqla, cəmi 7264.54 manat məbləğində pul vəsaitinin, ödənilmiş 92.65 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar, iddia ərizəsinin baxılmamış saxlanılmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət etdiyindən, cavabdeh isə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da, iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2024-cü il tarixdə ödənilmiş 92,65 (doxsan iki manat altmış beş qəpik) manat məbləğində vəsait (qəbz **********73) iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar