Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-24/2024 23.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlna qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10323,19 manat məbləğində vəsaitin və 120,97 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan ** SK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən olunan ** SK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** UH *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** UH *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 15063,19 manat (on beş min altmış üç manat, 19 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 15063,19 manat (on beş min altmış üç manat, 19 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğ olan 10323,19 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmənin hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, BMW 5401 markalı, ağ rəngli ** UH *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Paşa Sığorta ASC-nin sığorta iddiaları deportamentinin Cavabdeh1 ünvanladığı 11 may 2022-ci il tarixli 3254/1 saylı məktuba göstərilir ki, 11 dekabr 2021-ci il tarixdə tərəfinizdən idarə olunan ** SK *** dövlət qeydiyyat nişanlı Ford Transit avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 Oven idarə etdiyi ** UH *** dövlət qeydiyyat nişanlı BMW 5401 markalı avtonəqliyyat vasitəsi təmir olunmuşdur. Təmir xərci mərkəz tərəfindən 15323,19 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, 11 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan ** SK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. İş materiallarından görünür ki, ** UH *** dövlət qeydiyyat nişanlı BMW 5401 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, zərərin məbləği 15323,19 manat məbləğində təşkil edir. İş materiallarında olan İmporotex Motors” MMM-nin 30 mart 2022-ci il tarixli hesab fakturadan görünür ki, BMW 5401 markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiayr hissəsi üçün 9866,99 manat, xidmət haqqı 2898,43 manat, əlavə dəyə vergisi 2297,77 manat olmaqla cəmi 15063,19 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh1 icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan təhvil təslim aktından görünür ki, 11 dekabr 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış ** UH *** dövlət qeydiyyat nişanlı BMW 5401 markalı avtonəqliyyat vasitəsi Paşa Sığorta ASC tərəfindən 15063,2 manat zərər məbləğində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsür və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarilxi 9/5819 saylı ekspert rəyində göstərilir ki, iş materillarında olan "xxxx" MMM-nin 30 mart 2022-ci il tarixli qüsür aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı BMW 5401 markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 7867,0 manat müəyyən edilir. Aparılmışı tədqiqtın dəyəri 50 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarilxi 9/10 saylı ekspert rəyində göstərilir ki, iş materillarında olan "xxxx" MMM-nin 30 mart 2022-ci il tarixli qüsür aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı BMW 5401 markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 11645,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 tərəfindən idarə olunan ** SK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** UH *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. BMW 5401 markalı, ağ rəngli ** UH *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC tərəfindən sığortalanmışdır. ** UH *** dövlət qeydiyyat nişanlı BMW 5401 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün 15063,19 manat xərc çəkilmiş, Cavabdeh1 icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 manat məbləğində vəsait ödənilmiş və hazırda qalıq məbləğ olan 10323,19 manat pulu iddiaçı cavabdehlərdən tələb edir və baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, iş üzrə əsl cavabdeh kimi Cavabdeh1 tanınmalı və təqsirli tərəfin icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 manat məbləğində vəsait ödənilməsi nəzərə alınmalıdır. Göründüyü kimi, zərər iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsiri müəyyən edildiyindən, zərərin ödənilməsi ilə bağlı tələb də həmin cavabdehə qarşı yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti Cavabdeh1 daşımalı, Cavabdeh2 aid hissədə isə iddia əsaslı hesab edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Ford Transit” markalı, **-SK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edildiyindən və bununla da iddiaçının Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan, iddia qismən təmin edilməli, subroqasiya qaydasında ödənilmiş 6645 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 86,45 manat dövlət rüsumu Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan ekspertiza xərci də, tərəflərə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsassız olduğundan, həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Subroqasiya qaydasında ödənilmiş 6645 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 86,45 manat dövlət rüsumu Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 65 manat və "xxxx" ASC-dən 35 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-24/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-24/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver