Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-266/2025 23.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit üzrə 1,960.71 manat əsas və 0.01 manat faiz olmaqla, cəmi 1,960.72 manat borcun və kart kredit limiti üzrə 127.86 manat borcun, ödənilmiş 40.89 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Hüseyinova Məhbubə İbrəhimxəlil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tamkart çərçivə müqaviləsinə əsasən, Hüseyinova Məhbubə İbrəhimxəlil qızına 41 ay müddətinə, illik 22 faiz olmaqla, 3000 manat məbləğində nağd kredit və 36 ay müddətinə, illik 24 faiz olmaqla, 300 manat məbləğində kart kredit limiti verilmişdir. X5 İbrəhimxəlil qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2105 saylı məktubu ilə müəyyən edilmişdir ki, X6 İbrəhimxəlil qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh V-42/2024 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-56 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Hüseyinova Məhbubə İbrəhimxəlil qızının xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,960.71 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 1,960.72 manat borcu və bundan başqa, kart kredit limiti üzrə 127.86 manat borcu qalmışdır. X6 İbrəhimxəlil qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Hüseyinova Məhbubə İbrəhimxəlil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tamkart çərçivə müqaviləsinə əsasən, Hüseyinova Məhbubə İbrəhimxəlil qızına 41 ay müddətinə, illik 22 faiz olmaqla, 3000 manat məbləğində nağd kredit və 36 ay müddətinə, illik 24 faiz olmaqla, 300 manat məbləğində kart kredit limiti verilmişdir. İş materiallarından görünür ki, X5 İbrəhimxəlil qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Şamaxı Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2105 saylı məktubu ilə müəyyən edilmişdir ki, X6 İbrəhimxəlil qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh V-42/2024 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-56 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, “Azərbaycan Beynəlxalq Bankın” “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,960.71 manat əsas və 0.01 manat faiz olmaqla, cəmi 1,960.72 manat borc və kart kredit limiti üzrə 127.86 manat borc qalmışdır. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Hüseyinova Məhbubə İbrəhimxəlil qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş və kredit məbləğini Hüseyinova Məhbubə İbrəhimxəlil qızına vermişdir. X1 xx.xx.2021-ci ildə ölmüşdür. O, öldükdən sonra, Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə, rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh X6 İbrəhimxəlil qızının ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də, hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı X6 İbrəhimxəlil qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit üzrə 1,960.71 manat əsas və 0.01 manat faiz olmaqla, cəmi 1,960.72 manat borc və kart kredit limiti üzrə 127.86 manat borc tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 40,89 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı da, cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit üzrə 1,960.71 manat əsas və 0.01 manat faiz olmaqla, cəmi 1,960.72 manat borc və kart kredit limiti üzrə 127.86 manat borc, ödənilmiş 40.89 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-266/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-266/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver