Məhkəmə qərarları › İş №e-2(074)-309/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-309/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-309/2023 06.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X31 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı “alqısatqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh5, X2, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6 və X10 qarşı “alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 117,60 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh5, X2, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6 və X8 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh5 ilə İddiaçı QSC arasında xx.xx.2022ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 117,60 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh5 42.000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh5 ilkin olaraq 15000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh5 qalan 27000 manat məbləği xx.xx.2022-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən yalnız 15000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Nəticədə Cavabdeh5 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da, Cavabdeh5 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq, pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə, məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh5 xx.xx.2022-ci il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X2, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6 və X18 qeydiyyatdadırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdirlər. Eyni zamanda, İddiaçı QSC-nin nümayəndəsi X11 məhkəməyə ünvanladığı müraciətində iddia tələbini müdafiə etdiklərini göstərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 117,60 kv.m. olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestirndə İddiaçı QSC-nin adına qeydə alınmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 2 ünvanında, 0,04 ha torpaq sahəsinin üzərində, ümumi sahəsi 117,6 kv.m. olan fərdi yaşayış evini 42.000 manat müqabilində alıcı Cavabdeh5 mülkiyyətinə verir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh5 ilkin olaraq 15.000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 27.000 manat məbləği isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən müqavilə üzrə əmlakın qiymətinin - 27.000 manat məbləğində qalığı banka ödəmədiyi üçün, müqaviləni birtərəfli qaydada ləğv etməkləri, müqavilə üzrə alqı-satqı predmeti olan, ünvan 2 ünvanında yerləşən əmlakı xx.xx.2022-ci il tarixədək boşaltmaqla banka təhvil verməsi və həmin əmlakı xx.xx.2022-ci il tarixədək boşaldaraq, banka təhvil vermədiyi təqdirdə, hüquqlarının təmin edilməsini məhkəmə qaydasında tələb edəcəkləri barədə İddiaçı QSC tərəfindən Cavabdeh5 xəbərdar edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan aşağıdakı şəxslərdir: X2, Cavabdeh6, X6, Cavabdeh5, X1, X12, X19, X16, Cavabdeh6 Samir qızı, X9, X13, X3 və X14. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh5 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 117,60 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh5 42000 manat qiymətinə satılması razılaşdırılmışdır. Həmin müqaviləyə görə, alıcı Cavabdeh5 ilkin olaraq 15000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 27000 manat məbləği isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı tərəfindən yalnız 15000 manat ödəniş edilmiş, qalan məbləğ isə hal-hazıradək ödənilməmişdir. Cavabdeh5 xx.xx.2022-ci il tarixdə müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq göndərilmişdir. Hazırda isə İddiaçı QSC Cavabdeh5 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək, mülkiyyətində olan əmlakdan cavabdehlərin çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən, tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh5 iddiaçıdan nisyə əmlak almaq hüququna malik olduğu kimi, eyni zamanda əmlakın dəyərini hissə-hissə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əmlakın nisyə almasına dair hüququndan istifadə etmiş, əmlakın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, mülkiyyətində olan əmlakdan Cavabdeh5, X2, Cavabdeh6 çıxarılmasını, həmin əmlakın boşaldılmasını və mülkiyyətçiyə təhvil verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan əmlakdan X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh10 və X8 çıxarılmasını tələb etsə də, həmin şəxslərin orada yaşaması öz təsdiqini tapmamış, həmçinin bununla bağlı hər hansı mötəbər və təkzibolunmaz sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 117,60 kv.m fərdi yaşayış evindən Cavabdeh5, X2, Cavabdeh6 çıxarılmalı, əmlak boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 117,60 kv.m fərdi yaşayış evindən Cavabdeh5, X2, Cavabdeh6 çıxarılsın. Həmin əmlak boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin əvəzi cavabdehlər Cavabdeh5, X2, Cavabdeh6 tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verdilyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar