Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-310/2022 19.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.08.2021-ci il tarixli SULMB-05761 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 992,01 manat, faiz borcuna görə 78,24 manat, cərimə borcuna görə 21,77 olmaqla, borcun cəmi məbləği 1092,02 manat məbləğində pulun və 30,93 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını, tələblərin 11.08.2021-ci il tarixli SULMB-05761 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh — Cavabdeh arasında 11.08.2021-ci il tarixli SULMB-05761 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi, komplekt- 1 ədəd, çəkisi - 6,8 qr, əyarı – 500; üzük- 1 ədəd, çəkisi - 6,8 qr, əyan -583; boyunbağı+kulon (qırıq)- 1 ədəd, çəkisi - 9,1 qr, əyarı -583; cəmi: 22,7 qr. Həmin qızılzinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait 11.08.2021-ci il tarixli SULMB- 05761 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1092,02 manat məbləğində pulun və 30,93 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı KB ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-310/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-310/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver