Məhkəmə qərarları › İş №e-2(074)-352/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-352/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-352/2023 11.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, X3 illik 22 faizlə 48 ay müddətinə 2500 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən, isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 500 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 2500 manat məbləğində kredit borcunun və 500 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanladığı 1506 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh xx.xx.2021-ci il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" ASC tərəfindən mərhum X2 vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair xx.xx.2022-ci il tarixli bildirişlə müraciət edilərək, BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 (beş) gün müddətində tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən, BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə görə, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 2467,06 manat, cərimə borcu üzrə 191,22 manat olmaqla, cəmi 2658,28 manat, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 473,79 manat, faiz borcu üzrə 39,31 manat olmaqla, cəmi 513,1 manat təşkil edir. İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 2467,06 manat, cərimə borcu üzrə 191,22 manat olmaqla, cəmi 2658,28 manat, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 473,79 manat, faiz borcu üzrə 39,31 manat olmaqla, cəmi 513,1 manat, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 77 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, X3 illik 22 faizlə 48 ay müddətinə 2500 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə, illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 500 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 2500 manat məbləğində kredit borcunun və 500 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. 199822 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1506 saylı, xx.xx.2022-ci il tarixil məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh mərhum X2 vərəsəsi kimi tanınmışdır. Tərəflər arasında bağlanmış Tam Kart çərçivə müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini, yerinə yetirmir və borcun ödənişini təmin etmir. ВPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə cavabdehin nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2467,06 manat, cərimə borcu üzrə 191,22 manat olmaqla, cəmi 2658,28 manat borcu mövcuddur. Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 473,79 manat, faiz borcu üzrə 39,31 manat olmaqla, cəmi 513,1 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 77 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə X2 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixdə nağd kredit borcu ilə əlaqədar 22- 14200/2022 saylı, tam kart krediti ilə əlaqədar isə 22-14201/2022 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı olan kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini tam olaraq qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirərək, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmin Qərarda qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Həmin Qərarda qeyd olunur ki, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, qanunvericilikdə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması bir şərt olaraq nəzərdə tutulmuşdur. Digər tərəfdən, müqavilə üzrə borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımaları qanunvericilikdə nəzərdə tutulmuşdur. Həmçinin, qanunda miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması, onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etməməsi qeyd olunmuşdur. Yuxarıda göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı mövqeyini rəhbər tutaraq, məhkəmə qeyd edir ki, BPM**********78 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit götürmüş X2 ölümündən sonra, vərəsə olan Cavabdeh vəfat etmiş X2 əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış, bununla bağlı iddiaçı tərəfdən mötəbər sübut təqdim olunmuşdur. Bununla da, X2 ölümündən sonra mirası qəbul etmiş vərəsə - Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməklə, iddiaçı "xxxx" ASC haqlı olmuşdur. Həmçinin, məhkəmə iclasında cavabdeh tərəfindən iddia tam olaraq etiraf edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, nağd kreditlə bağlı əsas borc üzrə 2467,06 manat, cərimə borcu üzrə 191,22 manat olmaqla, cəmi 2658,28 manat məbləğində, Tam Kart kreditə görə, əsas borc üzrə 473,79 manat, faiz borcu üzrə 39,31 manat olmaqla, cəmi 513,1 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,40 manat tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********78 nömrəli, xx.xx.2020-ci il tarixli Tam Kart çərçivə müqaviləsinə əsasən, nağd kreditlə bağlı əsas borc üzrə 2467,06 manat, cərimə borcu üzrə 191,22 manat olmaqla, cəmi 2658,28 (iki min altı yüz əlli səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində, Tam Kart kreditə görə, əsas borc üzrə 473,79 manat, faiz borcu üzrə 39,31 manat olmaqla, cəmi 513,1 (beş yüz on üç manat on qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,40 (yetmiş yeddi manat qırx qəpik) manat tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar