Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-352/2025 17.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30.000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13.000 manat pul krediti üzrə əsas borcuna görə 8864,41 (səkkiz min səkkiz yüz altmış dörd manat 41 qəpik) manat, faiz borcuna görə 720,18 (yeddi yüz iyirmi manat 18 qəpik) manat, dəbbə borcuna görə 2600 (iki min altı yüz manat 00 qəpik) manat olmaqla, cəmi 12184,59 (on iki min bir yüz səksən dörd manat 59 qəpik) manat məbləğində pulun və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədn xahiş etmişdir. . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində illik 14 % faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13 000 manat pul kreditinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13 000 manat pul kreditinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, YSNPU05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13 000 AZN pul krediti üzrə borcunun məbləği əsas borcuna görə 8864,41 (səkkiz min səkkiz yüz altmış dörd manat 41 qəpik) manat, faiz borcuna görə 720,18 (yeddi yüz iyirmi manat 18 qəpik) manat, dəbbə borcuna görə 2600 (ikimin altı yüz manat 00 qəpik) manat,cəmi 12184,59 (on ikimin bir yüz səksən dörd manat 59 qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, maddi vəziyyəti ilə bağlı borcunu vaxtında ödəyə bilməmiş, lakin buna baxmayaraq, iddianın qismən təmin olunmasına etiraz etmir. Belə ki, borcun hesablanmış dəbbə hissəsində məbləğin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, YSNPU05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13 000 manat pul krediti üzrə borcunun məbləği əsas borcuna görə 8864,41 (səkkiz min səkkiz yüz altmış dörd manat 41 qəpik) manat, faiz borcuna görə 720,18 (yeddi yüz iyirmi manat 18 qəpik) manat, dəbbə borcuna görə 2600 (iki min altı yüz manat 00 qəpik) manat, cəmi 12184,59 (on ikimin bir yüz səksən dörd manat 59 qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSNPU- 05634 saylı kredit müqaviləsi üzrə 30 000 manat limitdən xx.xx.2022-ci il tarixində illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən xx.xx.2022-ci il tarixində ayrılmış 13 000 manat pul kreditinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh öhdəliyə əməl etməmiş, borcunu banka qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də, bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafeyinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı, əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2600 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 200 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8864,41 (səkkiz min səkkiz yüz altmış dörd manat 41 qəpik) manat, faiz borcuna görə 720,18 (yeddi yüz iyirmi manat 18 qəpik) manat, dəbbə borcuna görə 200 (iki yüz manat 00 qəpik) manat olmaqla, cəmi 9784,59 manat məbləğində pul və ödənilmiş 117,85 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, YSNPU-05634 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8864,41 (səkkiz min səkkiz yüz altmış dörd manat 41 qəpik) manat, faiz borcuna görə 720,18 (yeddi yüz iyirmi manat 18 qəpik) manat, dəbbə borcuna görə 200 (iki yüz manat 00 qəpik) manat olmaqla, cəmi 9784,59 manat məbləğində pul və ödənilmiş 117,85 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-352/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-352/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver