Məhkəmə qərarları › İş №e-2(074)-353/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-353/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-353/2024 28.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədov (Hacıyev) Kənan Ağaəhməd oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Məmmədov (Hacıyev) Kənan Ağaəhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,646.84 manat əsas borc və 15.73 manat faiz borcu olmaqla, cəmi 1,662.57 manat məbləğində kredit borcunun, ödənilmiş 36.63 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X6 arasında bağlanmış BPM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 29 ay müddətinə illik 24 faiz olmaqla 2200 (iki min iki yüz) manat məbləğində nağd kredit kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1908 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Hacıyev Kənan Ağaəhməd oğluna V-367/2022 nömrəli vərəsəlik işi üzrə xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-713 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 BPM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,646.84 manat əsas borc və 15.73 manat faiz borcu olmaqla, cəmi 1,662.57 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarındab görünür ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə X6 arasında bağlanmış BPM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 29 ay müddətinə illik 24 faiz olmaqla 2200 (iki min iki yüz) manat məbləğində nağd kredit kredit verilmişdir. İş materiallarından görünür ki, X3 BPM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,646.84 manat əsas borc və 15.73 manat faiz borcu olmaqla, cəmi 1,662.57 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan AZ-İİ № 193249 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31 dekabr 2021-ci ildə “dəqiqləşdirilməmiş ürək çatışmamazlığı” nəticəsində Şamaxı rayonu Sabir qəsəbəsində ölmüşdür. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən 10 aprel 2022-ci il tarixdə X5 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu Sabir qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,3074 ha olan torpaq sahəsi üzrə məhruma məxsus olan hissədən ibarətdir. Real vaxt rejimində daınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi, **********GY34002 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Şamaxı rayonu Sabir qəsəbəsi ünvaında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Hacıyev Kənan Ağaəhməd oğluna kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X6 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 2200 manat kredit verilmişdir. Lakin o, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X6 öldükdən sonra onun hazırki iş üzrə cavabdeh Məmmədov (hacıyev Kəınan Ağaəhməd oğlu miras qoyanın vərəsələri kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh X4 ölümündən sonra ondan qalmış miras əmlakı - 2,3704 ha olan torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Məmmədoiva Kimyəxanım Ağagül qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Məmmədov (Hacıyev) Kənan Ağaəhməd oğlundan tələb etməkdə haqlıdır. Odur ki, 1,646.84 manat əsas və 15.73 manat faiz olmaqla, cəmi 1,662.57 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36,63 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Məmmədov(Hacıyev) Kənan Ağaəhməd oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə B PM**********90 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,646.84 manat əsas və 15.73 manat faiz olmaqla, cəmi 1,662.57 manat məbləğində kredit borcu və 37,03 dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar