Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-360/2023 10.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-580/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddianın təmin etmə tədbiri kimi qoyulmuş həbsin götürülməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş ərizəyə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər "xxxx" ASC, X4, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi, ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin ləğv edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, ipoteka müqaviləsinin və hərracın protokolunun ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, X3 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, mübahisəli əmlak üzərinə həbs qoyulması, iş üzrə cavabdeh olan "xxxx" ASC-yə və ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə mübahisəli əmlakla bağlı hər hansı sənədləşmə işlərinin aparılmasına qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-580/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi, cavabdeh X2 mülkiyyətində olan, Pirsaat Təmir Tikinti İdarəsinin balansında olmuş, Şamaxı rayonu, Pirsaat massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m olan təmir tikinti idarəsinin üzərinə həbs qoyulması, cavabdeh "xxxx" ASC-yə və ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə mübahisəli əmlakla bağlı hər hansı sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-580/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə, ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə, ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin ləğv edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, ipoteka müqaviləsinin və hərracın protokolunun ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5038/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, iddianın təmin etmə tədbiri haqqında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi, "xxxx" ASC-nin mülkiyyətində olan, Pirsaat Təmir Tikinti İdarəsinin balansında olmuş, Şamaxı rayonu, Pirsaat massivində yerləşən ümumi sahəsi 1687,5 kv.m olan təmir tikinti idarəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdirlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İstinad edilən maddələrin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-580/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh X2 mülkiyyətində olan, Pirsaat Təmir Tikinti İdarəsinin balansında olmuş, Şamaxı rayonu, Pirsaat massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m olan təmir tikinti idarəsinin üzərinə qoyulmuş həbs və cavabdeh "xxxx" ASC-yə və ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə mübahisəli əmlakla bağlı hər hansı sənədləşmə işlərinin aparılmasına edilmiş qadağa götürülmlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-580/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh X2 mülkiyyətində olan, Pirsaat Təmir Tikinti İdarəsinin balansında olmuş, Şamaxı rayonu, Pirsaat massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m olan təmir tikinti idarəsinin üzərinə qoyulmuş həbs və cavabdeh "xxxx" ASC-yə və ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə mübahisəli əmlakla bağlı hər hansı sənədləşmə işlərinin aparılmasına edilmiş qadağa götürülsün. Qərardadın icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-360/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-360/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver