Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-38/2025 10.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2746,59 manat əsas, 10,39 manat faiz borcu, cəmi 2756,98 manat borcun və ödənilmiş 47,57 manat rüsumu və 0,40 manat xidmət haqqının tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 46,45 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 8 nömrəli, xx.xx.2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, Cavabdeh1 məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və mənzilin boşaldıması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə 1562.63 manat əsas, 1.60 manat faiz borcu, cəmi 1564,23 manat borcun və ödənilmiş 47.57 manat rüsumu və 0.40 manat xidmət haqqının tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 46.45 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmall olan 8 nömrəli, xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, Cavabdeh1 məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133.3 kv.m sahədən və 0.0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 133.3 kv.m sahədən və 0.0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və mənzilin boşaldıması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 8 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və 01 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 adına olan ümumilikdə 10,868.06 manat məbləğində kredit borcu, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən restrukturizasiya (yeni öhdəliyin rəsmiləşdirilməsi yolu ilə) edilməklə Cavabdeh2 60 ay müddətində illik 1 faiz olmaqla 10,868.06 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 133.3 kv.m sahədən və 0.0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evi (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: xx.xx.2019) ipotekaya qoyulması barədə 8 nömrəli, xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və müvafiq fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlər Kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair tərəflərindən dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərın vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehlərə 6-2- 22/2-13456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Borcluya və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydiyyata alınması üçün tərəflərindən ümumilikdə 46.45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 47.57 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməsə də digər Cavabdeh2 teleqram ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin xəstə olmasını təssdiq edəcək heç bir sübutu məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 8 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və 01 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 adına olan ümumilikdə 10,868.06 manat məbləğində kredit borcu, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən restrukturizasiya (yeni öhdəliyin rəsmiləşdirilməsi yolu ilə) edilməklə Cavabdeh2 60 ay müddətində illik 1 faiz olmaqla 10,868.06 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən arayışın surətindən görünür ki, Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi Cavabdeh1 tam paylı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 8 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 133.3 kv.m sahədən və 0.0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinin (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: xx.xx.2019) ipotekaya qoyulması barədə 8 nömrəli, xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və müvafiq fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 6-2-22/2-13456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışından görünür ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 46.45 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1562,63 manat əsas, 1,6 manat faiz olmaqla, cəmi 1564,23 manat borcu vardır. İş materiallarında olan **********991 saylı, xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan **********990 saylı, xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizənin surətindən görünür ki, X2 Səmid İlqar oğluna məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan **********684 saylı, xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizənin surətindən görünür ki, X1 Səmid İlqar oğluna məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin ipoteka müqaviləsi ilə yenidən ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli, № 05/7-994/69 saylı arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evindən xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 100 000 manat, likvid dəyəri 85 000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka müqaviləsinin bağlanmasından dörd ildən artıq müddət keçdiyindən, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evindən xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 100 000 manat, likvid dəyəri 85 000 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 85 000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində cavabdehlər həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin “cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin ipoteka predmeti olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları”na dair hissəyə ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinin boşaldılması”na dair hissəsinə Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-38/2025 saylı qərardadı ilə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 47,57 manat məbləğində dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqı, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının xərci 300 manat pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 300 manat pul isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1562,63 manat əsas, 1,6 manat faiz olmaqla, cəmi 1564,23 manat pul və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 47,57 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 85 000 manat müəyyən edilsin. Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan pul hesabına 1658,25 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulsun. İpoteka predmeti olan Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 133,3 kv.m sahədən və 0,0176 ha torpaq sahəsindən ibarət olan 49 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində ipoteka predmeti boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının iddiaçı tərəfindən ödənilmiş xərci 300 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 20, VÖEN **********, m/h: AZ10NABZ**********000005644, h/h: AZ85ACAB********************, bankın kodu 505000) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-38/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-38/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver