Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-384/2023 28.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8537,55 manat əsas, 2,61 manat faiz, cəmi 8540,16 manat pulun və iş üzrə ödənilmiş 105,96 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi bağlandığını, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması və mülki işə xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan barışıq sazişindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, 108.LN.1675.100719.00005 nömrəli kretit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdeh tutulması tələbinə dair mübahisə üzrə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər təsdiq edir ki, cavabdeh bağlanmış 10 iyul 2019-cu il tarixli, 108.LN.1675.100719.00005 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 6.903,49 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Bu sazişin 2.1-ci bəndində göstərilən 6.903,49 manat məbləğində borcdan 2 il ərzində yəni, 24 ay müddətinə bu saziş təsdiq edildiyi tarixdən hər ay 287.67 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. Tərəflər razılaşır ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Tərəflər razılaşır ki, bu sazişin 2.2-ci bəndinə göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda iddiaçı tərəfindən ümumilikdə 6.903,49 manat məbləğində borcun tutulması üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. Azərbaycan Respublikasının MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilsin.
1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh bağlanmış 10 iyul 2019-cu il tarixli. 108.LN.1675.100719.00005 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 6.903,49 AZN icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Bu Sazişin 2.1-ci bəndində gösterilən 6.903,49 manat məbləğində borcdan 2 il ərzində yəni 24 ay müddətinə bu Saziş təsdiq edildiyi tarixdən hər ay 287,67 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 7
3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.
4. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək "məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci’' bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.
5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda İddiaçı tərəfindən ümumilikdə 6,903,49 manat məbləğində borcun tutulması üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Natiq İsmayılov