Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-402/2023 10.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı LPO İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmadan ona əlavə edilmiş sənədlərlə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, verilmiş ərizə təmin olunmalı, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, LPO İddiaçı ASC tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi **********, transaksiya nömrəsi **********) qeydiyyat kodu **********067 olan 82,38 manat rüsum LPO İddiaçı ASC-yə (Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN:**********, müxbir hesab: AZ74NABZ********************, SWİFT BİK: NABZAZ 2C, alan müştəri: LPO İddiaçı ASC, VÖEN: **********, hesablaşma hesabı: AZ78NABZ********************) geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. LPO İddiaçı ASC tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi **********, transaksiya nömrəsi **********) qeydiyyat kodu **********067 olan 82,38 manat rüsum LPO İddiaçı ASC-yə (Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN:**********, müxbir hesab: AZ74NABZ********************, SWİFT BİK: NABZAZ 2C, alan müştəri: LPO İddiaçı ASC, VÖEN: **********, hesablaşma hesabı: AZ78NABZ********************) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-402/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-402/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver