Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-515/2023 13.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********0090 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1080,69 manat əsas, faiz borcu üzrə 5,74 manat olmaqla, cəmi 1086,43 manat, **********0090 kredit müqaviləsi üzrə borcun məbləği 3620,73 əsas, faiz borcu üzrə 12,30 manat olmaqla, cəmi 3633,03 manat və ödənilmiş 67,20 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0090 saylı Azərbaycan Respublikası cənab X2 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin prablemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit Müqaviləsinin 1.1-ci bəndiə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1887,86 manat. Həmçinin eyni tarixli, **********101 saylı Güzəştli kredit müqaviləsi bu müqavilə imzalanan tarixə 3620,73 manat, qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0090 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 1,63 manat, dörd il müddətinə isə hər ay 40,15 manat olmaqla və **********101 saylı kredit müqaviləsi üzrə bir il güəşt müddətində hər ay 3,12 manat, dörd il müddətinə isə hər ay 77 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarının əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh **********0090 saylı kredit müqaviləsi borcun məbləği 1080,69 manat əsas, faiz borcu üzrə 5,74 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1086,43 manat təşkil edir. Həmçinin, **********101 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3620,73 manat əsas, faiz borcu üzrə 12,30 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 3633,03 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, iddia tələbi ilə razıdır, borcundan hər ay mütəmadi olaraq ödəniş edəcəkdir, iddianı tam qəbul edir, iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddia "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddələrinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0090 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 1887,86 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********101 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 3620,73 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0101 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MM QBKT-yə kreditin əsas məbləği üzrə 3620,73 manat, faiz borcuna görə 12,30 manat, cərimə borcuna görə 0 manat olmaqla, ümumilikdə 3633,03 manat , xx.xx.2019-cu il tarixli **********0090 saylı kredit müqaviləsi üzrə "xxxx" MM QBKT-yə kreditin əsas məbləği üzrə 1080,69 manat, faiz borcuna görə 5,74 manat, cərimə borcuna görə 0 manat olmaqla, ümumilikdə 1086,43 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh **********0090 saylı kredit müqaviləsi üzrə 1080,69 manat əsas, 5,74 manat faiz olmaqla, cəmi 1086,43 manat, **********101 saylı kredit müqaviləsi üzrə 3620,73 manat əsas, 12,30 manat faiz borcu olmaqla, cəmi 3633,03 manat məbləğində borc tutularaq, iddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, ödənilmiş 67,20 manat dövlət rüsumu da cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh **********0090 saylı kredit müqaviləsi üzrə 1080,69 manat əsas, 5,74 manat faiz olmaqla, cəmi 1086,43 (bir min səksən altı manat qırx üç qəpik) manat, **********101 saylı kredit müqaviləsi üzrə 3620,73 manat əsas, 12,30 manat faiz olmaqla, cəmi 3633,03 (üç min altı yüz otuz üç manat üç qəpik) manat məbləğində borc və ödənilmiş 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-515/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-515/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver