Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-52/2024 12.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6642,86 (altı min altı yüz qırx iki manat, səksən altı qəpik) manat olmaqla, bundan 6627,70 (altı min altı yüz iyirmi yeddi manat, yetmiş qəpik) manat əsas, 15,16 (on beş manat, on altı qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 87,68 (səksən yeddi manat, altmış səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə cavabdehƏ zimov Hüseyin Oktay oğlu arasında bağlanmış 108.LN.1676.290719.00001 №-li, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7051,27 (yeddi min əlli bir manat, iyirmi yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Cavabdeh2 kredit verilərkən Cavabdeh4 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********530 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun və **********698 saylı, xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən tələb olunan borc məbləğinin bankın əvvəlki ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda, iddiaçının nümayəndəsi X2 məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AGBank” Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 108.LN.1676.290719.00001 №-li, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7051,27 (yeddi min əlli bir manat, iyirmi yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh2 kredit verilərkən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 108.LN.1676.290719.00001 №-li, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 6627,70 (altı min altı yüz iyirmi yeddi manat, yetmiş qəpik) manat əsas, 15,16 (on beş manat, on altı qəpik) manat faiz borcu yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin 31 oktyabr 2023-cü il tarixli iclasında kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/9606//2023 nömrəli ekspert rəyində qeyd olunur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 108.LN.1676,290719.00001 nömrəli 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi şərtləri əsas götürülməklə, Cavabdeh2 banka 01 sentyabr 2022-ci il tarixə olan borcu əsas borc üzrə 6796,18 manat və faiz borcu üzrə 13,40 manat təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, AGBank” Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 108.LN.1676.290719.00001 №-li, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədi ilə, 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 7051,27 (yeddi min əlli bir manat, iyirmi yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 108.LN.1676.290719.00001 №-li, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 6627,70 (altı min altı yüz iyirmi yeddi manat, yetmiş qəpik) manat əsas, 15,16 (on beş manat, on altı qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə ekspert tərəfindən aparılmış tədqiqatla kredit müqaviləsi üzrə müəyyən olunmuş əsas borc hissəsində rəyə tənqidi yanaşaraq, həmin hissədə ekspertin gəldiyi nəticəni qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada 6627,70 manat əsas, 13,40 manat faiz olmaqla, cəmi 6641,10 manat borc və ödənilmiş 86,41 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada 6627,70 manat əsas, 13,40 manat faiz olmaqla, cəmi 6641,10 (altı min altı yüz qırx bir manat on qəpik) manat borc və ödənilmiş 86,41 (səksən altı manat qırx bir qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənisin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-52/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-52/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver