Məhkəmə qərarları › İş №e-2(074)-521/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-521/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-521/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, ilə, iddiaçı Kapitalbank ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Kapitalbank ASC-nin Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8831.79 manat əsas, 1716.33 manat faiz, cəmi 10548.12 manat pul vəsaitinin və 121.64 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 25 ay müddətinə 9413.04 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 8831.79 manat əsas, 1716.33 manat faiz, cəmi 10548.12 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8831.79 manat əsas, 1716.33 manat faiz, cəmi 10548.12 manat pul vəsaitinin və 121.64 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, o, həqiqətən də, bankdan borc pul götürmüşdür. İşlədiyi müddətdə ayba-ay qrafik üzrə borcundan ödənişlər də edirmiş, lakin işdən çıxardılandan sonra ödənişlərində gecikmələr olmuş və ümumiyyətlə ödənişləri dayanmışdır. Hazırda iddiaçı ondan borcun tutulması barədə iddia qaldırsa da, onun etdiyi ödənişləri nəzərə almamışdır. İddia tələbindəki məbləğlə razı deyildir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il arixli Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 25 ay müddətinə 9413.04 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sonuncu bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2022-ci il tarixli 9/4040 saylı ekspert rəyindən görünür ki, iş materiallarından olan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-cı il tarixli, RGTK3518436A173 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8892.16 manat, faiz borcu üzrə 1698.15 manat, ümüumi olaraq 10590.31 manat məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 25 ay müddətinə 9413.04 AZN kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-cı il tarixli, RGTK3518436A173 saylı kredit müqaviləsinə üzrə 8831.79 manat əsas, 1716.33 manat faiz, cəmi 10548.12 borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2022-ci il tarixli 9/4040 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-cı il tarixli, RGTK3518436A173 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8892.16 manat, faiz borcu üzrə 1698.15 manat, ümumi olaraq 10590.31 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8892.16 manat, faiz borcu üzrə 1698.15 manat, ümümi olaraq 10590.31 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üzrə tutulmalı olan faiz borcuna münasibətdə ekspertizanı aparmış ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddia tələbində mövcud olan 1716,33 manat faiz borcu əvəzinə, ekspert rəyi ilə müəyyən olunmuş 1698,15 faiz borcunun tutulması tərəflərin mənafelərə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1 maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8831,79 manat əsas, 1698,15 manat faiz, cəmi 10529,94 manat pul vəsaitinin və 121,64 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2022-ci il tarixli 9/4040 saylı ekspert rəyi üzrə ekspert xərcini təşkil edən 100 manat cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 8831,79 manat əsas, 1698,15 manat faiz, cəmi 10529,94 manat pul vəsaitinin və 121,64 manat dövlət rüsumu tutulsun. Cavabdeh Məmmdtağı qızından keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar