Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-572/2025 17.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc qismində alınmış 15100 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ötən ilin yanvar ayında tanış olmuş və tədricən şəxsi münasibətləri formalaşmışdır. Həmin münasibətlər çərçivəsində cavabdehə 2024-cü ilin yanvar və aprel ayları ərzində ümumilikdə 15100 (on beş min yüz) manat pul vəsaiti borc qismində verilmiş, həmin məbləğin 13700 (on üç min yeddi yüz) manatı ona və ərinə məxsus kart hesablarından cavabdehə məxsus müxtəlif kart hesablarına mədaxil etmə, həmçinin +994 50 *** ** ** mobil nömrəsinə bağlı M10 hesabından pul köçürmələri əməliyyatının icrası yolu ilə, qalan 1400 (min dörd yüz) manat isə əlbə-əl təqdim olunmuşdur. Borc qismində verilmiş məbləğin qaytarılması ondan dəfələrlə tələb edilsə də, aparılmış təqiblər nəticə verməmiş, nəticədə borc verilmiş məbləğ həcmində ona maddi ziyan dəymişdir. Sözügedən əməllərin dələduzluq motivli olduğunu hesab etdiyindən, Cavabdeh barəsində cinayət işinin başlanması tələbi ilə müvafiq polis orqanına müraciət edilmiş, lakin cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Aparılmış təhqiqat zamanı, Şükufə iddia tələbini hüquqi əsasını təşkil edən xüsusatları qismən etiraf etmiş, lakin borc qismində aldığı məbləğin 7500 (yeddi min beş yüz) manatını qaytardığını bildirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ondan borc qismində alınmış 15100 (on beş min yüz) manat pul vəsaiti, həmçinin sözügedən məbləğdə pul tələbi ilə bağlı məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Cəmaləddin qızının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, onlara məxsus kart hesablarından cavabdeh X4 məxsus kart hesablarına köçürülmüş 13700 manat məbləğdən 2750 manat hissəsini cavabdeh qaytarmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı 2024-cü ilin aprel ayında cavabdeh Şüküfə Zeynalovaya 8000 manat borc pul vermiş və həmin məbləğdə pul iddiaçının kart hesabına həmin ilin yay aylarında qaytarılmışdır. Hazırda isə iddiaçı verdiyi borcun hər 100 manatına görə 20 manat faiz tələb edir. Bu səbəbdən, iddia tələbini əsassız hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçıya məxsus kart hesabından cavabdehin hesabına müxtəlif tarixlərdə toplam olaraq 13700 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X5 Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək, 2024-cü ilin yanvar ayından aprel ayına qədər tanışı X4 ümumilikdə 15100 manat pul verdiyini, lakin həmin məbləği ələ keçirərək, pulunu qaytarmadığını bildirmişdir. Araşdırma nəticəsində, Şüküfə Zeynalovanın əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakter olması qeyd olunaraq, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı Cavabdeh verdiyi 15100 manat məbləğin 1400 manatını əlbə-əl verməsini göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçının cavabdehə 13700 manat borc pul verməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya olan borcunu tam ödədiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 2750 manat məbləğində pul qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh şifahi razılaşma əsasında iddiaçıdan borc pul almış, borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc məbləğinin qaytarılmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10950 manat məbləğində pul və ödənilmiş 122,85 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı X1 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10950 manat məbləğində pul və ödənilmiş 122,85 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı X1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-572/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-572/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver