Məhkəmə qərarları › İş №e-2(074)-678/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-678/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-678/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7, cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, X4 illik 20 faizlə, 50 ay müddətinə 2500 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 305 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 xx.xx.2022-cı ıl tarixli, V-71/2022 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-128 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın "Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,691.50 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 1691,51 manat məbləğində borcu qalmışdır. İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 1691,50 manat, faiz borcu üzrə 0,01 manat olmaqla, cəmi 1691,51 manat, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 36,92 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, X4 illik 20 faizlə, 50 ay müddətinə, 2500 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 305 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 xx.xx.2022-cı ıl tarixli, V-71/2022 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-128 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın "Şamaxı” filialı terəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1691,50 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 1691,51 manat məbləğində borcu qalmışdır. Cavabdehler, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulmasına dair iddia tələbini tam olaraq qəbul etdiyini bildirərək, iddianın təmin olunmasına etiraz etmədiyini göstərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmin Qərarda qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Həmin Qərarda qeyd olunur ki, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, qanunvericilikdə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması bir şərt olaraq nəzərdə tutulmuşdur. Digər tərəfdən, müqavilə üzrə borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımaları qanunvericilikdə nəzərdə tutulmuşdur. Həmçinin, qanunda miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması, onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etməməsi qeyd olunmuşdur. Yuxarıda göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı mövqeyini rəhbər tutaraq, məhkəmə qeyd edir ki, BPM**********76 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit götürmüş X3 ölümündən sonra, vərəsə olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X3 əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış, bununla bağlı iddiaçı tərəfdən mötəbər sübut təqdim olunmuşdur. Bununla da, X3 ölümündən sonra mirası qəbul etmiş vərəsələr - Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməklə, iddiaçı "xxxx" ASC haqlı olmuşdur. Həmçinin, məhkəmə iclasında cavabdeh tərəfindən iddia tam olaraq etiraf edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kreditlə bağlı əsas borc üzrə 1691,50 manat, faiz borcu üzrə 0,01 manat olmaqla, cəmi 1691,51 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 36,92 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 BPM**********76 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kreditlə bağlı əsas borc üzrə 1691,50 manat, faiz borcu üzrə 0,01 manat olmaqla, cəmi 1691,51 (bir min altı yüz doxsan bir manat əlli bir qəpik) manat, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 36,92 (otuz altı manat doxsan iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar