Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-68/2025 12.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 4.177,97 ABŞ dolları olmaqla, bundan 1.657,46 ABŞ dolları əsas, 653,29 ABŞ dolları faiz, 1.530,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 337,18 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 91,03 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 31 % dərəcəsi ilə 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Şixəliyev Rafiq Əliabbas oğlu” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit Müqaviləsi üzrə bağlanmış 84/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4997.79 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 4813.61 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilməli idi. Kredit Müqaviləsi üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5780.11 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Məlumat üçün bildiririk ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Şixəliyev Rafiq Əliabbas oğluna və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq 13 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-2315/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına səbəb kimi məhkəmə göstərmişdir ki, “cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlunun rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün olmamışdır. Ərazi aidiyyətinə görə cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlunun rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsində deyil, digər cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə Şamaxı Rayon Məhkəməsində və ya Laçın Rayon Məhkəməsində baxılmalıdır. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2315/2023 saylı qərardadındakı xüsusatlara əsaslanaraq hazırkı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edilmiş, Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 895/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlu öldüyündən mülki işin ona aid hissədə icraatına xitam verilmişdir. Həmin qərardadda cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlunun xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Bundan sonra Bank tərəfindən onun vərəsələrini müəyyən etmək məqsədi ilə ünvan ünvanlanmış, 691 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilmiş və həmin şəhadətnamələr xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda qeyd olunanlara əsasən, hal-hazırda borclu qismində Cavabdeh çıxış edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Şixəliyev Rafiq Əliabbas oğlunun kredit üzrə cəmi borcu 4.177,97 ABŞ dolları təşkil edir. Bundan 1.657,46 ABŞ dolları əsas, 653,29 dolları faiz, 1.530,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 337,18 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, eyni zamanda, iddiaçının məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Şixəliyev Rafiq Əliabbas oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə, illik 31 % dərəcəsi ilə, 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Şixəliyev Rafiq Əliabbas oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 15 saylı Notariat Ofisinin 691 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilmiş və həmin şəhadətnamələr xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixə Şixəliyev Rafiq Əliabbas oğlunun kredit üzrə cəmi borcu 4.177,97 ABŞ dolları təşkil edir. Bundan 1.657,46 ABŞ dolları əsas, 653,29 dolları faiz, 1.530,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 337,18 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərəkəzinin 17 iyul 2025-ci il tarixli 9/634 saylı ekspert rəyində göstərilir ki, X1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10 faizlə, müqavilə dövründən sonra illik 5 faizlə faiz hesablanmaqla X1 xx.xx.2024-cü il tarixədək banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 2303,31 ABŞ dolları məbləğində müəyyən edililir. xx.xx.2024-cü il tarixə əsas borc üzrə 1598,09 ABŞ dolları, faiz borcu üzrə 384,59 ABŞ dolları (10 %-lə), əldən çıxmış fayda borcu üzrə 320,73 ABŞ dolları (5%-lə) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Şixəliyev Rafiq Əliabbas oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə, illik 31 % dərəcəsi ilə, 5100 (beş min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin o, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Cavabdeh Şixəliyev Rafiq Əliabbas oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, öldükdən sonra, hazırki iş üzrə Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, X1 ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də, hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Şixəliyev Rafiq Əliabbas oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iddianın kredit müqaviləsinə əsasən, 1530,04 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən həmin müqavilə üzrə 80 ABŞ dolları cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1598,09 ABŞ dolları əsas borc, 384,50 ABŞ dolları faiz borcu, 320,73 ABŞ dolları əldən çıxmış fayda faizi və 80 ABŞ dolları cərimə olmaqla, cəmi 2383,32 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc və ödənilmiş 60,52 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 80 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 120 manat hissəsi isə Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1598,09 ABŞ dolları əsas borc, 384,50 ABŞ dolları faiz borcu, 320,73 ABŞ dolları əldən çıxmış fayda faizi və 80 ABŞ dolları cərimə olmaqla, cəmi 2383,32 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc və ödənilmiş 60,52 manat dövlət rüsumunun əvəzi tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 80 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 120 manat hissəsi isə Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-68/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-68/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver