Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-712/2025 03.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia tələbinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 14.471,38 manat əsas və 1317,74 manat faiz olmaqla, cəmi 15.789,12 (on beş min yeddi yüz səksən doqquz manat 12 qəpik) manat borcun və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (tam kart vasitəsilə) əsasən, kart kredit limiti üzrə 254.82 manat əsas və 31.36 manat faiz olmaqla, cəmi 286.18 (iki yüz səksən altı manat 18 qəpik) manat məbləğində borcun, ödənilmiş 138.23 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh 59 ay müddətinə, illik 17.9 faiz olmaqla, 15.700 manat məbləğində nağd kredit və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən, 35 ay müddətinə illik 24 faiz olmaqla, 300 manat məbləğində kart kredit limiti verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-8521/2025 və 6-2-22/2-8522/2025 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 14,471.38 manat əsas borc və 1,317.74 manat faiz borcu olmaqla, cəmi 15,789.12 manat və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 254.82 manat əsas borc və 31.36 manat faiz borcu olmaqla, cəmi 286.18 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh 59 ay müddətinə, illik 17.9 faiz olmaqla, 15,700 manat məbləğində nağd kredit və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən, 35 ay müddətinə, illik 24 faiz olmaqla, 300 manat məbləğində kart kredit limiti verilmişdir. İş materiallarından görünür ki, cavabdehin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 14,471.38 manat əsas borc və 1,317.74 manat faiz borcu olmaqla, cəmi 15789.12 manat və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 254.82 manat əsas borc və 31.36 manat faiz borcu olmaqla, cəmi 286.18 manat məbləğində borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh 59 ay müddətinə, illik 17.9 faiz olmaqla, 15,700 manat məbləğində nağd kredit və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən 35 ay müddətinə, illik 24 faiz olmaqla, 300 manat məbləğində kart kredit limiti verilmişdir. Krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə, Cavabdeh xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Hazırda cavabdehin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən nağd kredit üzrə 14,471.38 manat əsas borc və 1,317.74 manat faiz borcu olmaqla, cəmi 15,789.12 manat və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən kart kredit limiti üzrə 254.82 manat əsas borc və 31.36 manat faiz borcu olmaqla, cəmi 286.18 manat məbləğində borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 14.471,38 manat əsas və 1.317,74 manat faiz olmaqla, cəmi 15.789,12 manat borc və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən, kart kredit limiti üzrə 254.82 manat əsas və 31.36 manat faiz olmaqla, cəmi 286.18 manat borc, ödənilmiş 138.23 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə əsasən, nağd kredit üzrə 14.471,38 manat əsas və 1.317,74 manat faiz olmaqla, cəmi 15.789,12 manat borc və xx.xx.2024-cü il tarixli BPM**********60 saylı istehlak krediti müqaviləsinə (Tam Kart vasitəsilə) əsasən, kart kredit limiti üzrə 254.82 manat əsas və 31.36 manat faiz olmaqla, cəmi 286.18 manat borc, ödənilmiş 138.23 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-712/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-712/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver