Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-896/2025 07.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2.413,35 (iki min dörd yüz on üç manat 35 qəpik) manat borc olmaqla, bundan 2.008,96 (iki min səkkiz manat 96 qəpik) manat əsas, 59,80 (əlli doqquz manat 80 qəpik) manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 344,59 (üç yüz qırx dörd manat 59 qəpik) manat, iş üzrə ödənilmiş 44,14 (qırx dörd manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Abdullayev Tahir Xanqulu oğlu arasında bağlanmış 04 avqust 2016-cı il tarixli, 46-xx-xx- 057109 nömrəli kredit müqaviləsinə əsasən, Tahir Abdullayevə 60 (altmış) ay müddətinə, illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə, 3.748,00 (üç min yeddi yüz qırx səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə, borcalana bu barədə xəbərdarlıq göndərməklə, öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən, borc öhdəliyini lazımınca icra etmədikdə, öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə borcverən borcalanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borcalanın vəzifəsidir. Abdullayev Tahir Xanqulu oğlu xx.xx.2019-cu ildə vəfat etmiş, xx.xx.2022-ci il tarixli Şamaxı Reqional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş 2V-271 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 olmaqla, onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-21-621/2025 saylı 16 yanvar 2025-ci il tarixli bildiriş-məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. 09 yanvar 2025-ci il tarixə Abdullayev Tahir Xanqulu oğlunun kredit üzrə cəmi borcu 2.413,35 (iki min dörd yüz on üç manat 35 qəpik) manat təşkil edir. Bundan 2.008,96 (iki min səkkiz manat 96 qəpik) manat əsas, 59,80 (əlli doqquz manat 80 qəpik) manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 344,59 (üç yüz qırx dörd manat 59 qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh2 Rüstəm qızı, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsi və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Abdullayev Tahir Xanqulu oğlu arasında bağlanmış 04 avqust 2016-cı il tarixli 46-xx-xx-057109 nömrəli kredit müqaviləsinə əsasən, Tahir Abdullayevə 60 (altmış) ay müddətinə, illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə, 3.748,00 (üç min yeddi yüz qırx səkkiz) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 09 yanvar 2025-ci il tarixə Abdullayev Tahir Xanqulu oğlunun kredit üzrə cəmi borcu 2.413,35 (iki min dörd yüz on üç manat 35 qəpik) manat təşkil edir. Bundan 2.008,96 (iki min səkkiz manat 96 qəpik) manat əsas, 59,80 (əlli doqquz manat 80 qəpik) manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə görə, gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 344,59 (üç yüz qırx dörd manat 59 qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, Abdullayev Tahir Xanqulu oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Abdullayev Tahir Xanqulu oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 vərəsə müəyyən olunmuş və onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən, isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Muğanbank ASC ilə mərhum Abdullayev Tahir Xanqulu oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən ona 3748,0 manat kredit verilmişdir. Lakin o, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bank qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Abdullayev Tahir Xanqulu oğlu 03 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Abdullayev Tahir Xanqulu oğlu öldükdən sonra, hazırki iş üzrə cavabdehlər miras qoyanın vərəsələri kimi, ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə, rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, Abdullayev Tahir Xanqulu oğlunun ölümündən sonra, ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsələri qəbul etdiyindən, həmin əmlakın dəyərinin də, hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Abdullayev Tahir Xanqulu oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, 2008,96 manat əsas, 59,80 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 344,59 manat olmaqla, ümumilikdə 2413,35 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 44,14 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2008,96 manat əsas, 59,80 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 344,59 manat olmaqla, ümumilikdə 2413,35 manat məbləğində borc və ödənilmiş 44,14 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-896/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-896/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver