Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-93/2023 26.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı ASC-nin Yasamal filialı ilə X4 arasında bağlanmış DK0461015/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 6556 manat məbləğində kredit verilmişdir (dostlar klubu kartına köçürmə yolu ilə). X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdur və o, DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmış çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən, DK0461015/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3481,49 manat əsas və 71,18 manat faiz borcu vardır. İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, DK0461015/13 nömrəli kredit müqaviləsinə əsasən, 3481,49 manat əsas borc, 71,18 manat faiz borcu olmaqla, cəmi 3552,67 manat məbləğində borcun və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, DK0461015/13 saylı müqaviləyə əsasən, bank ona xx.xx.2014-cü il tarixdə sms vasitəsilə (LS0268710/14) 25 faiz olmaqla, 36 ay müddətinə 6556 manat məbləğlərində kredit vermişdir (dostlar klubu kartına köçürmə yolu ilə). X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda kredit müqaviləsi üzrə ümumi 3481,49 manat borc vardır. Cavabdeh X2 qanuni vərəsəsidir. X4 tərəfindən vərəsəyə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 59,4 kv.m olan fərdi yaşayış evindən və 0,12 ha torpaq sahəsindən ibarətdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, mərhum Sübhan Baxşiyevin oğludur. Atası xx.xx.2015-ci il tarixdə vəfat etmiş və sağlığında sonuncu dəfə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş etmişdir. Lakin, atasının sağlığında onun həmin kredit müqaviləsindən məlumatı olmamış və atası vəfat etdikdən sonra da, bank uzun illər borcun ödənilməsi tələbi ilə bağlı ona müraciət etməmişdir. Mərhum atasından miras qalmış əmlakla bağlı notariat orqanına müraciət edərək, xx.xx.2016-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Lakin, keçən 6 il müddətində bank ona qarşı hər hansı tələb irəli sürməmiş və borcun ödənilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı ASC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, İddiaçı ASC-nin Yasamal filialı ilə X4 arasında DK0461015/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə borcluya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 6556 manat məbləğində kredit verilmiş, X1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, mərhum Sübhan Baxşiyev həmin kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə ödəniş etmiş və mərhumun vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun tutulması tələbi ilə İddiaçı ASC məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Hazırda isə cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarında olan və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, İddiaçı ASC hazırki tələb üzrə iddia müddətini ötürdüyündən və Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-93/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-93/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver