Məhkəmə qərarları › İş №e-2(074)-948/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-948/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-948/2023 03.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açır hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açır hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 599,05 manat olmaqla, cəmi 3200,86 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 52,01 manat pulun tutulması, tələbin Cavabdeh məxsus girov qoyulmuş 750 əyarlı 33 qram çəkidə, 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə, 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə, 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə cəmi 3200,86 manat pul və dövlət rüsumu kimi ödənilmiş 52,01 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SMLMB- 06906 saylı kredit müqaviləsinə əsasən, illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə, 3060 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 599,05 manat, borcun cəmi məbləği 3200,86 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. 750 əyarlı 33 qram çəkidə 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla cəmi 54,43 qram çəkidə qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şamaxı” filialına saxlanca verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, ehtiyacı olduğu üçün bankdan kredit götürüb, qızıl-zinət əşyalarını girov qoymuşdur. Lakin, maddi imkanı zəif olduğundan, borcunu vaxtında ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SMLMB- 06906 saylı kredit müqaviləsinə əsasən, illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə 3060 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus olan 750 əyarlı 33 qram çəkidə, 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə, 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. İş materiallarından görünür ki, 750 əyarlı 33 qram çəkidə 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən, İddiaçı ASC-nin “Şamaxı” filialına saxlanca verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 599,05 manat olmaqla, cəmi 3200,86 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən Cavabdeh rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh məxsus olan 750 əyarlı 33 qram çəkidə 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Kredit öhdəliklərinə əməl olunmadığından, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 599,05 manat olmaqla, cəmi 3200,86 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə iddianın 599,05 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 599,05 manat cərimə borcu yox, 80 manat məbləğində cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB 06906 saylı kredit müqaviləsi üzrə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 80 manat olmaqla, cəmi 2681,81 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 46,82 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh məxsus girov qoyulmuş 750 əyarlı 33 qram çəkidə 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməli, bu əmlaklar açıq hərracdan satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdehnın xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə cəmi 2681,81 manat borcu və dövlət rüsumu kimi ödənilmiş 46,82 manat pulu ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB 06906 saylı kredit müqaviləsi üzrə 2362,76 manat əsas, faiz borcuna görə 239,05 manat, cərimə borcuna görə 80 manat olmaqla, cəmi 2681,81 (iki min altı yüz səksən bir manat səksən bir qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 46,82 (qırx altı manat səksən iki qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus girov qoyulmuş 750 əyarlı 33 qram çəkidə 2 ədəd kolye qolbaq, 750 əyarlı 6,63 qram çəkidə 1 ədəd sırğa, 585 əyarlı 5,8 qram çəkidə 3 ədəd üzük olmaqla, cəmi 45,43 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilsin. Bu əmlaklar açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-06906 saylı kredit müqaviləsi üzrə cəmi 2681,81 (iki min altı yüz səksən bir manat səksən bir qəpik) manat borcu və dövlət rüsumu kimi ödənilmiş 46,82 (qırx altı manat səksən iki qəpik) manat pulu ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar