Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-98/2025 17.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3.021,43 (üç min iyirmi bir ABŞ dolları 43 sent) ABŞ dolları - bundan 622,54 (altı yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 536,45 (beş yüz otuz altı ABŞ dolları 45 sent) ABŞ dolları faiz, 1.771,81 (bir min yeddi yüz yetmiş bir ABŞ dollar 81 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 90,63 (doxsan ABŞ dolları 63 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 71,37 (yetmiş bir manat 37 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) faiz dərəcəsi ilə 3.187 (üç min bir yüz səksən yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə Bank arasında 340005345/ZM saylı 05 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 21 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 2.459,90 (iki min dörd yüz əlli doqquz ABŞ dolları 90 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 25 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 33 (otuz üç) faiz təşkil edir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* №-li 05 avqust 2014-cü il tarixli Kredit müqaviləsinə 17 noyabr 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (budan sonra “restrukturizasiya edilmiş kredit”) 3.213,38 (üç min iki yüz on üç ABŞ dolları 38 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.691,69 (bir min altı yüz doxsan bir ABŞ dolları 69 sent) ABŞ dolları əsas borc, 1.017,43 (bir min on yeddi ABŞ dolları 43 sent) ABŞ dolları faiz borcu və 504,26 (beş yüz dörd ABŞ dolları 26 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********155 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 3.021,43 (üç min iyirmi bir ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Bundan 622,54 (altı yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 536,45 (beş yüz otuz altı ABŞ dolları 45 sent) ABŞ dolları faiz, 1.771,81 (bir min yeddi yüz yetmiş bir ABŞ dollar 81 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 90,63 (doxsan ABŞ dolları 63 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, kredit götürəndən sonra, bir neçə ay ödəniş etmiş, lakin sonradan ödəməyə maddi imkanı olmamışdır. O, hazırda iddiaçının tələb etdiyi faiz və cərimə məbləğlərinin silinməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, Cavabdeh2 bankdan kredit almış, o isə zamin olmuşdur. Hazırda ona qarşı iddiaçının borc üzrə tələbetmə müddəti keçmişdir. Bu səbəbdən, iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilib, iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 33 (otuz üç) faiz dərəcəsi ilə, 3.187 (üç min bir yüz səksən yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 kredit verilərkən, Cavabdeh1 ilə Bank arasında 340005345/ZM saylı 05 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, ********* №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 21 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmış, müqaviləyə əsasən Kreditorun Borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 2.459,90 (iki min dörd yüz əlli doqquz ABŞ dolları 90 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 25 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 33 (otuz üç) faiz təşkil edir. Əlavə Sazişə əsasən, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmıç, daha sonra ********* №-li 05 avqust 2014-cü il tarixli Kredit müqaviləsinə 17 noyabr 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 3.021,43 (üç min iyirmi bir ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Bundan 622,54 (altı yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 536,45 (beş yüz otuz altı ABŞ dolları 45 sent) ABŞ dolları faiz, 1.771,81 (bir min yeddi yüz yetmiş bir ABŞ dollar 81 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 90,63 (doxsan ABŞ dolları 63 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə mövcud borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 9/847 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 22 avqust 2024-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) LPO Dəmirbank ASC olan borcu 1717,85 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 630,35 ABŞ dolları, faiz borcu üzrə 737,60 ABŞ dolları, faiz borcu 5%-ilə 349,93 ABŞ dolları təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Mansur oğlu arasında bağlanmış ********* №-li 05 avqust 2014cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 33 (otuz üç) faiz dərəcəsi ilə, 3.187 (üç min bir yüz səksən yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 Mansur oğluna kredit verilərkən, Cavabdeh1 ilə Bank arasında 05 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Mansur oğlu arasında bağlanmış ********* №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, hazırda cavabdehin 622,54 (altı yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları əsas, 536,45 (beş yüz otuz altı ABŞ dolları 45 sent) ABŞ dolları faiz, 1.771,81 (bir min yeddi yüz yetmiş bir ABŞ dollar 81 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 90,63 (doxsan ABŞ dolları 63 sent) ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən Cavabdeh2 Mansur oğluna münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini Cavabdeh2 Mansur oğlundan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə ekspert tərəfindən aparılmış tədqiqatla kredit müqaviləsi üzrə müəyyən olunmuş borc məbləğində rəyə tənqidi yanaşaraq, ekspertin gəldiyi nəticəni qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 1.771,81 ABŞ dolları cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 40 ABŞ dolları cərimə növündə dəbbə pulu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin digər Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 aid hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 kredit müqaviləsi üzrə 622,54 ABŞ dolları əsas, 536,45 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 90,63 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1289,62 ABŞ dolları (Azərbaucan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqıa) məbləğində pul və ödənilmiş 41,93 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh2 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 kredit müqaviləsi üzrə 622,54 ABŞ dolları əsas, 536,45 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 90,63 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1289,62 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 41,93 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh X1 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddia Cavabdeh1 aid hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-98/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-98/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver