Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-987/2024 09.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 6000 manat borcunun məbləği üzrə əsas borca görə 5330,9 manat, faiz borcuna görə 365,87 manat, dəbbə borcuna görə 642,74 manat olmaqla, cəmi 6339,51 manat məbləğində pulun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ona illik 16,3 % (on altı) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 6000 (altı min) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 211,84 (iki yüz on bir manat 84 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 6000 (altı min) manat borcunun məbləği əsas borcuna görə 5330,9 (beş min üç yüz otuz manat 90 qəpik) manat, faiz borcuna görə 365,87 (üç yüz altmış beş manat 87 qəpik) manat, dəbbə borcuna görə 642,74 (altı yüz qırx iki manat 74 qəpik) manat, borcun cəmi məbləği 6339,51 (altı min üç yüz otuz doqquz manat 51 qəpik) manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdirlər. Eyni zamanda, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, iddia tələbini müdafiə etdiklərini göstərərək, işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ona illik 16,3 % (on altı) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 6000 manat borcunun məbləği üzrə əsas borca görə 5330,9 manat, faiz borcuna görə 365,87 manat, dəbbə borcuna görə 642,74 manat olmaqla, cəmi 6339,51 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İş materiallarında olan bildirişdən görümür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan borcunu tam olaraq 3 iş günü müddətində ödənilməsi və əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət olunmacı barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən onun müraciəti ilə ayrılmış 6000 manat borcunun məbləği üzrə əsas borca görə 5330,9 manat, faiz borcuna görə 365,87 manat, dəbbə borcuna görə 642,74 manat olmaqla, cəmi 6339,51 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 642,74 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 150 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU- 03937/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5330,9 (beş min üç yüz otuz manat 90 qəpik) manat, faiz borcuna görə 365,87 (üç yüz altmış beş manat 87 qəpik) manat, dəbbə borcuna görə 150 (bir yüz əli) manat olmaqla, cəmi 5846,77 (beş min səkkiz yüz qırx altı manat yetmiş yeddi qəpik) manat məbləğində pul və 78,47 (yetmiş səkkiz manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli SMNPU-03937 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli SMNPU-03937/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5330,9 (beş min üç yüz otuz manat 90 qəpik) manat, faiz borcuna görə 365,87 (üç yüz altmış beş manat 87 qəpik) manat, dəbbə borcuna görə 150 (bir yüz əli) manat olmaqla, cəmi 5846,77 (beş min səkkiz yüz qırx altı manat yetmiş yeddi qəpik) manat məbləğində pul və 78,47 (yetmiş səkkiz manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-987/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-987/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver