Məhkəmə qərarları › İş №e-2(075)-1001/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1001/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1001/2022 26.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borc üzrə 7191.71 (yeddi min yüz doxsan bir manat 71 qəp) manat, faiz borcu üzrə 75.91 (yetmiş beş manat 91 qəp ) manat, cərimə borcu üzrə 3.9 (3 manat 90 qəp ) manat olmaqla, ümumilikdə 7271.52 (yeddi min iki yüz yetmiş bir manat 52 qəp) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 93 (doxsan üç) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə 20 iyun 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, 24 dekabr 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh oğunun arasında 12/678- 2019 saylı kredit restrukturizasiya müqaviləsi bağlanmışdır. Kredit restrukturizasiya müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh 7500 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Cavabdeh 60 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müüqaviləsinin 1 saylı əlavəsində qrafik üzrə ödəməli olmuşdur. İddiaçı Fərman çərçivəsində kredit restrukturizasiya müqaviləsinə uyğun olaraq öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək Cavabdeh köhnə kredit borcunu restrukturizasiya edilməsi üçün ona 7500 manat məbləğində kredit ayrılmışdır. Lakin, cavabdeh kredit restrukturizasiya müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödənişi xx.xx.2021-ci il tarixdən etibarən dayandırmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 7191.71 manat əsas, 75.91 manat faiz və 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, qeyd olunan kredit müqaviləsi üzrə, o borcunu ödəmişdir. Belə ki, 2013-cü ildə onunla iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə onunla bağlansa da pulu Arif deyilən şəxs götürmüşdür. Bir müddət sonra onun Arifə borcu olduğundan, o, iddiaçının razılığı ilə həmin kredit müqaviləsi üzrə olan borcun əvəzinə tikinti materialları vermişdir. Belə ki, o, iddiaçı olan kredit təşkilatyının rəhbərliyi ilə razılaşmışlar ki, müqavilə üzrə ödənişin əvəzinə onlara tikinti materialları versin və bununla da müqavilə üzrə borcu ödənilmiş hesab olunsun. Lakin 2019-cu ildə onu yenidən dəvət edərək bildirmişlər ki, kredit müqaviləsi fərmanın təsiri altına düşdüyündən yenidən müqavilə bağlanmasını xahiş etmişlər və ona demişlər ki, borcu özləri ödəyəcəklər. Müqavilə isə vaxt qazanmaq üçün bağlanmışdır. İddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 12/678-2019 saylı kredit resturukturizasya müqaviləsinə əsasən, "xxxx" BOKT MMC Cavabdeh xx.xx.2013-cü il tarixli, 080/13 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7500 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 7500 manat məbləğində güzəştli krediti illik 1% olmaqla 5 il müddətinə cavabdehə vermişdir. Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 7500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə 24 dekabr 2019-cu il tarixli, 12/678-2019 saylı müqaviləyə əsasən 7191.71 manat ödənilməmiş hissə, 75.91 manat faiz borcu, 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" BOKT MMC Cavabdeh xx.xx.2013-cü il tarixli, 080/13 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7500 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 7500 manat məbləğində güzəştli krediti illik 1% olmaqla 5 il müddətinə cavabdehə vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh "xxxx" BOKT MMCnin xeyrinə 7191.71 manat əsas, 75.91 manat faiz, 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat borc və iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 7191.71 manat əsas, 75.91 manat faiz, 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat borc və iş üzrə ödənilmiş 93 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar