Məhkəmə qərarları › İş №e-2(075)-1011/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1011/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1011/2022 09.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 31 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1206.30 manat əsas, 122.88 manat faiz, 56.25 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2021-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 19.40 manat əldən çıxmış fayda olmaqla, cəmi 1404.83 manat borc və 34.05 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 04 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 2000.00 manat məbləğində kredit verilmişdir. 05.08.2021-ci il tarixli əlavə sazişlə kreditin müddəti 05.12.2021-ci il tarixədək uzadılmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit təşkilatı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. İddiaçı tərəfdən təqdim edilmiş 08 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 19 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnın "xxxx" ASCyə 1206.30 manat əsas, 122.88 manat faiz, 56.25 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2021-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 19.40 manat əldən çıxmış fayda olmaqla, cəmi 1404.83 manat borcu vardır. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 31 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1206.30 manat əsas, 122.88 manat faiz, 56.25 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2021-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 19.40 manat əldən çıxmış fayda olmaqla, cəmi 1404.83 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 34.05 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1206.30 manat əsas, 122.88 manat faiz, 56.25 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2021-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 19.40 manat əldən çıxmış fayda olmaqla, cəmi 1404.83 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 34.05 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar