Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1013/2022 03.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki azyaşlı uşaqları X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün və hər ay, bir uşağa ödənilən 107 (bir yüz yeddi) manat, cəmi 214 (iki yüz on dörd) manat aliment məbləğinin artırılaraq hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manata çatdırılması və hər ay hər bir uşaq üçün ödənilən sabit pul məbləğində 30 manat aliment məbləğinin artırılaraq 100 (bir yüz) manata, cəmi 200 (iki yüz) manata çatdırılması, mediasiya prosesi il bağlı ödədiyi 50 (əlli) manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin İddiaçı sonradan mülki işə məhkəmədə baxılanadək məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-930/2020 saylı qətnaməsinin sabit pul məbləği hissəsinə istinad edərək 30 (otuz) manat sabit pul məbləğinin artırılaraq 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manata çatdırılması, mediasiya prosesi ilə bağlı ödədiyi 50 (əlli) manatın cavabdehdən alınıb ona verilməsi və Şəki Rayon Məhkəməsinin 2(075)-930/2020 saylı qətnaməsinin qalan hissəsinin olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbin dəqiqləşməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan onların 05 sentyabr 2016-cı il təvəllüdlü X6 və 13 dekabr 2017-ci il təvəllüdlü X7 adlı iki qız övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan münasibətləri uyğun gəlməmiş və faktiki olaraq 01 noyabr 2019-cu il tarixdən ayrılmışlar. Daha sonra Cavabdeh ona qarşı “nikahın pozulması” tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə aralarında 02 oktyabr 2015-ci il tarixdə bağlanmış nikahın pozulmuş, birgə nikahdan olan uşaqları Nəzrin və Pərvin onun himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh onun aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Göstərmişdir ki, nikahları pozulduqdan bir müddət sonra cavabdehlə barışaraq onun evinə qayıtmiş və 2021-ci ilin fevral ayından 2021-ci ilin dekabr ayının 8-dək onunla birlikdə yaşamışdır. Lakin sonradan cavabdeh yenidən onu evdən qovmuşdur. Bildirmişdir ki, hər ay hər bir uşağa 107 (bir yüz yeddi manat) olmaqla cəmi 214 manat məbləğində aliment alır. Lakin bu günki bazar qiymətlərinə görə qeyd olunan məbləğlə uşaqlarının maddi təminatını qarşılaya bilmir. Həmin 107 (bir yüz yeddi) manat aliment məbləği ilə o, iki azyaşlı uşaqlara baxmaqda və onların hər ikisinin müayinə və müalicələrini etdirməyə çox çətinlik çəkir. Belə ki, böyük qızı Nəzrin Mehdiyeva qara ciyərində qan laxtalanması səbəbli əziyyət çəkməsi, bədənində immunitetinin aşağı olması səbəbli hədsiz dərəcədə tərləməsi, qidalanmasının çox aşağı səviyyədə olması və lazımi qədər gəzməklə məsafəni qət edə bilməməsi, kiçik qızı Pərvin Mehdiyeva isə anadan gəlmə ürək qüsurludur. Pərvin 2018-ci ilin iyul ayında ürək əməliyyatı olmuş və bu günə kimi də mütəmadi olaraq müayinə və müalicə olunmaqdadır. Halbu ki, cavabdeh X17 Təhlükəsizliyi Agentliyində sektor müdiri vəzifəsində çalışır, 555 (beş yüz əlli beş) manat əmək haqqı almaqla yanaşı işlədiyi təşkilatda kifayət qədər əlavə gəlirləri var. Bundan başqa cavabdeh təsərrüfatla məşğul olur. O, cavabdehlə yaşadığı müddət ərzində və halhazırda da onların iri buynuzlu malqaraları var, həmin heyvanları kəsərək ət satışı və qatıq, qaymaq, yağ satışı ilə məşğul olurlar. Bundan başqa cavabdehin arpa, buğda, yonca sahələri də var və həmin taxıl məhsullarından da kifayət qədər qazanc götürməsinə baxmayaraq iki azyaşlı uşaqlarına əlavə olaraq heç bir yardım göstərmir. Cavabdeh yalnız bir uşaq üçün verdiyi 107 (bir yüz yeddi) manat cəmi 214 manat aliment məbləği ilə kifayətlənir. Düşünür ki, həmin məbləğlə iki azyaşlı uşaqların bu günki tələbatlarını ödəmək qeyri mümkündür. Bildirmişdir ki, özü ali təhsillidir. Riyaziyyat informatika müəlliməsidir. Ancaq hal-hazırda heç bir yerdə işləmir, işləməyə hazırlaşır. Onlar ayrıldıqdan sonra cavabdeh uşaqları ilə görüşməmişdir. Cavabdehin uşaqları ilə görüşməsinə etirazı yoxdur. Ona görə də aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Şəki Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsinin sabit 30 (otuz) manat pul məbləğinin artırılaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manata çatdırılması, mediasiya prosesi ilə bağlı ödəmiş olduğu 50 (əlli) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan onların 05 sentyabr 2016cı il təvəllüdlü X6 və 13 dekabr 2017-ci il təvəllüdlü X7 adlı iki qız övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan münasibətləri uyğun gəlməmiş və faktiki olaraq 01 noyabr 2019-cu il tarixdən ayrılmışlar. Daha sonra o, İddiaçı qarşı “nikahın pozulması” tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulmuş, birgə nikahdan olan uşaqları anaları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat, yəni hər ay hər bir uşağa 107 manat olmaqla cəmi 214 manat məbləğində aliment aldığını göstərmiş və hazırda uşaqların maddi təminatını təmin edə bilmədiyini əsas gətirərək ona qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, o, AQTA-nın Şəki regional bölməsində sektor müdiri vəzifəsində işləyir və ştat üzrə 555 manat əmək haqqı vardır. Ancaq əmək haqqından tutulmalar aparıldıqdan sonra əlinə 462 manat əmək haqqı çatır. Son illər bazar qiymətinin artmasının təsirindən hər bir insan kimi o da müəyyən çətinliklər yaşayır. Çünki, əmək haqqısı dəyişilməmişdir. İddiaçının “əlavə gəlirləri” ifadəsi böhtan xarakterli olmuş həqiqəti əks etdirməmişdir. İddiaçı atasına məxsus bir neçə baş iribuynuzlu mal saxlamağı, 2-3 ha taxıl əkməyi qazanc bilərək ondan da pay istəyir. Atasının bu kiçik təsərrüfat işləri ilə onun heç bir əlaqəsi yoxdur. Əksinə atası təsərrüfatından əldə olunan vəsaitlə də onun bir çox xərclərini təmin edir. Onun qazandığı əmək haqqı isə həmişə İddiaçı və iki azyaşlı uşaqların müalicəsinə xərclənmişdir. Boşanmadan sonra isə əmək haqqısı ilə ancaq aliment ödəyə bilir. Bildirmişdir ki, 2015-ci ilin oktyabr ayında ailə qurandan sonra keçirdiyi iki hamiləlikdə ata və anası da daxil olmaqla İddiaçı daim qulluğunda durmuşlar. Bildirmişdir ki, 2-ci övladı anadan gəlmə ürək qüsuru ilə dünyaya gəlmişdir. Borc, xərclə, kreditlə, atasının köməyi ilə uşağı ürəyindən əməliyyat etdirmişlər. O və ailəsi bütün qazanclarını uşaqların müalicəsinə, əməliyyatına və İddiaçı xəstəliyi ilə bağlı müalicəsinə xərcləmişlər. Hətta, atası evində böyük qızı Nəzrinin qaynar aş həlimində yandırmaqla ağır yanıq xəstəliyi aldığı müddətdə də dəfələrlə Bakı şəhərinə aparmaqla müalicəsini o etdirmişdir. Ona görə də ailələrinin min bir əziyyətlə kiçik təsərrüfatından əldə etdiyi məhsulda onun nə mənəvi, nə də hüquqi payı yoxdur. Bildirmişdir ki, boşanmadan sonra barışıq olmuş və 10 ay yəniŞ 12 fevral 2021-ci il tarixdən 8 dekabr 2021-ci il tarixədək İddiaçı onunla birgə yaşamışdır. Bu müddətdə onu və uşaqları dəfələrlə Bakı şəhərində müayinə və müalicə etdirmişdir. Bütün müalicə xərclərini özü ödəmişdir. Sonradan, İddiaçı böhtan ataraq onlardan gedəndən sonra boşanmış halda yaşadığı üçün 10 ayın alimentini tələb etmiş və onun tərəfindən aliment ödənilmişdir. Bu gün onun alimentin artırılması və digər tələblərindən aydın olur ki, İddiaçı iki azyaşlı uşaq deyil ancaq pul maraqlandırır. İddiaçı alimentin artırılması ilə bağlı qaldırdığı iddianı əsassız hesab edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 05 sentyabr 2016-cı il təvəlüdlü X6 və 13 dekabr 2017-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalması, 05 sentyabr 2016-cı il təvəlüdlü X6 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər bir uşaq üçün sabit pul məbləğində 30 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, 13 dekabr 2017-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək Cavabdeh hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentlərin tutulmasının əvvəli 09 iyun 2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 2022-MŞİH-13838 nömrəli X5 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi X9 və Cavabdeh nümayəndəsi (vəkili) X4 27.01.2022-ci il – 18.02.2022-ci il tarixləri ərzində və müxtəlif saatlarda keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X5 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir. İşdə olan 03 iyun 2022-ci il tarixdə məhkəmə elektron informasiya sistemindən çıxarılmış son məlumatlardan görünür ki, Cavabdeh X3 dövlət qulluqçusu sektor müdiri vəzifəsində işləyir və aylıq 555 manat məbləğində əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(075)-930/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Mehdiyeva Nəzrinin və Mehdiyeva Pərvinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X6 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(075)-930/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hər ay hər uşaq üçün sabit pul məbləğində olan 30 manat hissəsi artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 45 manat məbləğində müəyyən edilməli, Şəki Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(075)-930/2020 saylı qətnaməsi qalan hissədə dəyişdirilməməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Göründüyü kimi mediasiya prosesində iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İddiaçı mediasiya xərclərini ödədiyi və mediasiya prosesindən keçdiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı X8 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 05 sentyabr 2016-cı il təvəllüdlü X1 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki rayon məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(075)-930/2020 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 30 manat olmaqla tutulması müəyyən edilmiş sabit aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 45 manat (iki uşaq üçün 90 manat) məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. Şəki Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(075)-930/2020 saylı qətnaməsi qalan hissədə dəyişdirilməsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı X8 ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1013/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1013/2022
03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver