Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1022/2022 25.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 2379.22 manat əsas borc, 197.85 manat faiz borcu, 32.83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2609.90 manat məbləğində borcun, Cavabdeh2 28 fevral 2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 191.44 AZN əsas borc, 1.48 AZN faiz borcu, 2.31 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 198.73 AZN borcun və 48.09 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi X2 22 iyul 2022-ci il tarixdə məhkəməyə elektron sistem vasitəsilə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 05 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 05 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 22 aprel 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 05 noyabr 2021-ci il tarixədək, 24 avqust 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 05 fevral 2022-ci il tarixədək, 18 dekabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 05 may 2022-ci il tarixədək, 18 mart 2021-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 05 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 28 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 5800 AZN kredit götürmüşdür. 22 aprel 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 28 may 2021-ci il tarixədək, 24 avqust 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 28 avqust 2021-ci il tarixədək, 18 dekabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 28 noyabr 2021-ci il tarixədək, 18 mart 2021-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 28 fevral 2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 28 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 191.44 əsas borc, 1.48 faiz borcu, 2.31 cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 198.73 manat borcu vardır. 08 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 2379.22 AZN əsas borc, 197.85 AZN faiz borcu, 65.65 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2642.72 AZN borcu vardır. X1 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 65.65 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 32.83 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı 22 aprel 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı saylı 22 aprel 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3212,37 manat pulu illik 28% olmaqla 13 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2021-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı 24 avqust 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı saylı 24 avqust 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3344,75 manat pulu illik 28% olmaqla 13 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2021-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı 18 dekabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı saylı 18 dekabr 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3475,54 manat pulu illik 28% olmaqla 12 ay müddətinə (2 ay güzət müddəti də olmaqla) xx.xx.2021-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı 18 mart 2021-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 23-MY-4-0-380-19 saylı kredit müqaviləsinə 1 saylı saylı 18 mart 2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3606,67 manat pulu illik 28% olmaqla 11 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2022-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında olan iddiaçı «Nikoyl” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 25% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 5000 manat pulu qəbzə imza edərək «Nikoyl” İKB ASC-dən götürmüşdür. İş materiallarında olan iddiaçı «Nikoyl” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 22 aprel 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 22 aprel 2020-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 1 saylı 22 aprel 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3470,42 manat pulu illik 25% olmaqla 23 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2021-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 24 avqust 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 1 saylı 24 avqust 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3653,06 manat pulu illik 25% olmaqla 18 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2022-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı zaminlik müqaviləsinə 24 avqust 2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 24 avqust 2020-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 18 dekabr 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 1 saylı 18 dekabr 2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3757,54 manat pulu illik 25% olmaqla 17 ay müddətinə (2 ay güzət müddəti də olmaqla) xx.xx.2022-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı zaminlik müqaviləsinə 18 dekabr 2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 18 dekabr 2020-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsinə 1 saylı 18 mart 2021-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 3867,44 manat pulu illik 25% olmaqla 17 ay müddətinə (3 ay güzət müddəti də olmaqla) xx.xx.2022-ci il tarixədək hissə-hissə İddiaçı ASC-yə qaytarmalı olmuşdur. İş materiallarında xx.xx.2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı zaminlik müqaviləsinə 18 mart 2021-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 18 mart 2021-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı «Nikoyl” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 28% olmaqla 24 ay müddətinə 5800 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 5800 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 5800 manat pulu qəbzə imza edərək «Nikoyl” İKB ASC-dən götürmüşdür. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 İddiaçı ASC -yə 05 avqust 2019-cu il tarixli, 23-MZ-5-0-1445-19 saylı müqaviləyə əsasən 2379.22 manat əsas, 197.85 manat faiz, 65.65 manat cərimə borcu olmaqla, cəmi 2642.72 manat, həmçinin 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı müqaviləyə əsasən 191.44 manat əsas, 1.48 manat faiz, 2.31 manat cərimə, 3.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 198.73 manat borcu vardır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışının surətindən görünür ki, «Nikoyl” İKB ASC adı dəyişdirilərək İddiaçı ASC kimi qeydiyyata alınmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2019-ci il tarixli, 23-MZ-5-0-1445-19 saylı və 28 fevral 2019-cu il tarixli, 23-MY-4-0-380-19 saylı kredit müqavilələrinə əsasən Cavabdeh2 kredit verilmişdir. 05 avqust 2019-ci il tarixli, 23-MZ-5-0-1445-19 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh1 ilə 05 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 Cavabdeh2 bank qarşısında 05 avqust 2019-ci il tarixli, 23-MZ-5- 0-1445-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar, müqavilə öhdəliklərinə əməl etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zamilik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 21, 423, 443, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 471, 472-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 05 avqust 2019-ci il tarixli kredit müqaviləsi üzrə 2379.22 manat əsas, 197.85 manat faiz, 32,83 manat cərimə borcu olmaqla, cəmi 2609,90 manat məbləğində borc və Cavabdeh2 28 fevral 2019-ci il tarixli kredit müqaviləsi üzrə 191.44 AZN əsas borc, 1.48 AZN faiz borcu, 2.31 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 198.73 AZN borc və 48.09 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2379.22 manat əsas borc, 197.85 manat faiz borcu, 32.83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2609.90 manat məbləğində borc tutularaq Yelo Bank” ASC-nin xeyrinə ödənilsin. Cavabdeh2 28 fevral 2019-ci il tarixli kredit müqaviləsi üzrə 191.44 AZN əsas borc, 1.48 AZN faiz borcu, 2.31 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 198.73 AZN borc və 48.09 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1022/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1022/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver