Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1024/2024 02.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, FR/13507/71/13 saylı müqaviləyə əsasən 3611.32 manat əsas, 10.6 manat faiz, cəmi 3621.92 manat borcun və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/13507/71/13 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 3611.32 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X4 Banka ümumi olaraq 3621.92 manat borcu vardır. X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 (qızı), Cavabdeh3 (arvadı) və Cavabdeh2 (oğlu) X4 qanuni vərəsələridirlər. X7 tərəfindən vərəsələrinə qalan miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015 tarixli AC389324 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi kabina-54220, mühərrikin nömrəsi 40260FV ******* və buraxılış ili 1997 olan QAZ 330210 YÜK markalı 55BR061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İddiaçı ASC ilə X7 arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, FR/13507/71/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X6 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə illik 1% ödəmək şərtilə 3611,32 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X7 05 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 3611,32 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışından görünür ki, X4 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3611,32 manat əsas və 10,6 manat cərimə borcu qalmışdır. - 25 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dur və hər biri 1/3 hissədə irs almalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 3-16-16/2-9/5093/2024 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1997-ci il buraxılışlı, 54220 kabina, **-BR-*** dövlət qeydiyyat nişanlı, Qaz 330210 markalı, yük avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2024-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5830 manat müəyyən edilir. - Nəqliyyat vasitəsinin alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh3 özünə məxsus olan “Qaz 330210” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili X2 3000 manata satmışdır. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 57 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/13507/71/13 saylı müqaviləyə əsasən bank tərəfindən ona ümumilikdə 3611.32 manat məbləğində kredit verilmişdir. X7 22 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. X3 miras qalmış əmlaka dair cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsələrinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. İş materiallarından göründüyü kimi 25 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dur. X7 tərəfindən vərəsələrinə qalan miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015 tarixli AC389324 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi kabina-54220, mühərrikin nömrəsi 40260FV ******* və buraxılış ili 1997 olan QAZ 330210 YÜK markalı 55BR061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmin əmlak, yəni buraxılış ili 1997 olan QAZ 330210 yük markalı 55BR061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə 03 may 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 3000 manata X1. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, digər sübutlara münasibətdə üstünlük hüququna malik deyil. Belə ki, məhkəmə tərəfindən təyin edilən iş üzrə ekspertiza təyin edilməsinə dair qərardadda avtomobilin hal-hazıra bazar dəyərinin müəyyən edilməsi qeyd edilmişdir. Lakin cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. Hamıya bəlli olan haldır ki, avtomobil daşınar əmlakdır. Bu səbəbdən də aşınmaya məruz qala biləcək daşınar əmlak olduğunu, yəni həmin nəqliyyat vasitəsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qaldığı vaxtdan nəqliyyat vasitəsinin satıldığı vaxta kimi müəyyən dəyişiklərə məruz qala biləcəyi ehtimalı nəzərə alınaraq həmin əmlakın bazar dəyəri hesablanarkən ekspert rəyi əsas tutulmalıdır. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Cavabdehlər isə avtomobili vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən, xx.xx.2021-cı il tarixdən iki il sonra 3000 manata satmışlar. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehlərdən tam tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildidiyindən ödənilmiş 57 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3611,32 (üç min altı yüz on bir manat otuz iki qəpik) manat əsas kredit borcu, 10,6 (on manat altmış qəpik) manat faiz borcu, ümumilikdə 3621,92 (üç min altı yüz iyirmi bir manat doxsan iki qəpik) manat borc və 57 (əlli yeddi manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1024/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1024/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver