Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1034/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi X1 oölunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 oğlu, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 9339.78 ABŞ Dolları məbləğində krеdit bоrcu, 15766.50 ABŞ Dolları məbləğində faiz bоrcu və 12249.47 ABŞ Dolları məbləğində cərimə borcunun, xx.xx.2015-ci il tarixli, 007KK**********1 saylı kredit razılaşması üzrə 987.35 Dolları məbləğində krеdit bоrcu, 41.91 ABŞ Dolları məbləğində faiz bоrcu və 1748.4 ABŞ Dolları məbləğində cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 294.68 manat məbləğində dövlət rüsumunun rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Şəki rayonu, Zunud kəndində mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 128.2 kv.m ümumi, 38 kv.m yaşayış, 90.2 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 40133 (qırx min yüz otuz üç) ABŞ Dolları 41 (qırx bir) sent məbləğində bоrcun, ödənilmiş 294.38 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh7 oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi müştərək qaydada tutulması, Şəki rayonu, Zunud kəndində mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 128.2 kv.m ümumi, 38 kv.m yaşayış, 90.2 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7 oğlunun, Cavabdeh3, Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 04 aprel 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş və mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 22 iyun 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin 21 iyun 2023-cü il tarixdə İddiaçı ASC məhkəməyə elektron qayada ərizə ünvanlayaraq, iddianın baxılmamış saxlanlmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə ünvanlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 295 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC-nə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 295 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1034/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1034/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver