Məhkəmə qərarları › İş №e-2(075)-1034/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1034/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1034/2025 14.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10050.53 (on min əlli manat əlli üç qəpik) manat məbləğində kredit bоrcu, 1227.26 (min iki yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu və 253.28 (iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11531.07 (on bir min beş yüz otuz bir manat yeddi qəpik) manat məbləğində bоrc və 124.6 (yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, X2 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 007A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X3 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10200 (on min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 149.47 manat ödəniş etmiş və оnun iddiaçıya 10050.53 manat məbləğində kredit bоrcu qalmışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X1 vəfat etdiyi İddiaçı QSCyə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından mərhum X1 həyat yoldaşı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. X1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında xx.xx.2024-cü il tarixli, 007A********** saylı saylı ərizədən görünür ki, X3 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10200 (on min iki yüz) manat məbləğində kredit götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 İddiaçı QSC-yə 10050.53 (on min əlli manat əlli üç qəpik) manat məbləğində kredit bоrcu, 1227.26 (min iki yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu və 253.28 (iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11531.07 (on bir min beş yüz otuz bir manat yeddi qəpik) manat borcu vardır. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, 007A********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, X3 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10200 (on min iki yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-810 nömrəli xx.xx.2024 il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi əri Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 1402.83 (min dörd yüz iki manat səksən üç qəpik) manat pul vəsaitindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 adına qeydiyyata alınmış daşınmaz əmlak qeydiyyata alınmamışdır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024cü il tarixli məktubdan görünür ki, X1 adında qeydiyyatda və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X3 arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2024-cü il tarixli, 007A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10200 (on min iki yüz) manat məbləğində nağd kredit verilmişdir. Lakin, X3 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X3 öldükdən sonra onun vərəsəsi əri Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum X1 ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə xx.xx.2024-cü il tarixli, 007A********** saylı istehlak kredit müqaviləsinə əsasən 10050.53 (on min əlli manat əlli üç qəpik) manat məbləğində kredit bоrcu, 1227.26 (min iki yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu və 253.28 (iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11531.07 (on bir min beş yüz otuz bir manat yeddi qəpik) manat məbləğində bоrc və 124.6 (yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 007A********** saylı istehlak kredit müqaviləsinə əsasən 10050.53 (on min əlli manat əlli üç qəpik) manat məbləğində kredit bоrcu, 1227.26 (min iki yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu və 253.28 (iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11531.07 (on bir min beş yüz otuz bir manat yeddi qəpik) manat məbləğində bоrc və 124.6 (yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq AccessBank» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-1034/2024 xx.xx.2025-ci il Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 007A********** saylı istehlak kredit müqaviləsinə əsasən 10050.53 (on min əlli manat əlli üç qəpik) manat məbləğində kredit bоrcu, 1227.26 (min iki yüz iyirmi yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz bоrcu və 253.28 (iki yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11531.07 (on bir min beş yüz otuz bir manat yeddi qəpik) manat məbləğində bоrc və 124.6 (yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq AccessBank» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar