Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1052/2022 22.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 müştərək qaydada ataları mərhum X4 aldığı kredit borcunun ödənilməyən hissəsini məcburi şəkildə ödəyərək ziyana düşdüyü üçün ona dəyən ümumilikdə 5159 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh2, X1 və Cavabdeh1 müştərək qaydada ataları mərhum X4 aldığı kredit borcunun ödənilməyən hissəsini məcburi şəkildə ödəyərək ziyana düşdüyü üçün ona dəyən 320 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla cəmi 340 manat (məhkəmə əmri əsasında verilən icra sənədinə uyğun olaraq X26 Teatrında xx.xx.2018-ci ildən-xx.xx.2019-cu il tarixinədək 4 ayın əmək haqqısından hər ay 80 manat olmaqla tutulan cəmi 320 manat və ödənilmiş 20 manat dövlət rüsümu), həmçinin xx.xx.2020-ci ildən fevral 2022-ci ilədək hər ay əmək haqqından tutulan əmək haqqının 50 faizi olmaqla cəmi 4839 manat (X7 Təchizatı və Satışı idarəsində xx.xx.2020-ci ildən fevral 2022-ci ilədək hər ay əmək haqqından tutulan əmək haqqının 50 faizi cəmi 4839 manat) və məhkəmə üçün ödənilmiş 75 manat dövlət rüsumu olmaqla ümumilikdə 5254 manat (340+4839+75) məbləğində zərərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-4381/2015 saylı Məhkəmə əmri ilə borclular xx.xx.1975-ci ildə Şəki şəhərində anadan olmuş Şəki şəhəri Nizami küçəsi ev 53A-da yaşayan X3 və xx.xx.1979-cu ildə Şəki şəhərində anadan olmuş və Şəki şəhəri Tolstoy küçəsi ev 14-də yaşayan İddiaçı 4808,72 ABŞ dolları əsas, 292 ABŞ dolları faiz və 13,62 ABŞ dolları cərimə olmaqla 5114,42 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi qərara alınmışdır. Həmin borc məbləği X9 tərəfindən tam olaraq ödənilmədiyindən məhkəmə əmrində göstərilən tələb Şəki Rayonu İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli 26297/9 saylı məktubu ilə onun işlədiyi X26 Teatrına, daha sonra isə X7 Təchizatı və Satışı İdarəsinə yönəldilmiş və müvafiq olaraq həmin məhkəmə əmri əsasında verilən icra sənədinə uyğun olaraq X26 Teatrında xx.xx.2018-ci ildən-xx.xx.2019-cu il tarixinədək 4 ayın əmək haqqısından ayda 80 manat olmaqla cəmi 320 manat, X7 Təchizatı və Satışı İdarəsində xx.xx.2020-ci ildən fevral 2022-ci ilədək hər ay əmək haqqısının 50 faizi tutulmaqla cəmi 4839 manat tutularaq X4 "xxxx" Kommersiya Bankı ASC-yə qalan borcu ödənilmişdir. Halbuki aralarındakı razılaşmaya əsasən həmin borc məbləğini kreditin tamamını alan və özü istifadə edən Elşad Musayev özü qaytarmalı idi, o isə sadəcə zamin duraraq onun kredit almasına köməklik etmişdir. Beləliklə, Elşad Musayev tərəfindən ona ümumilikdə 5159 manat (320+4839) məbləğində ziyan dəymiş və o zərərə uğramışdır. X2 vəfat etmiş və onun hazırda Cavabdeh2 (arvadı), X6 (qızı) və Cavabdeh1 (oğlu) olmaqla 3 vərəsəsi qalmışdır. Ona dəymiş ziyanı və zərəri vərəsə olaraq onlardan istəməli olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, bir neçə il qabaq Elşad onun işçisi olmuşdur və sağlığında kredit götürmüşdur. Kredit götürdükdən sonra xəstəliyinə görə kredit borcunu ödəməmişdir. Məhkəmə qərarı ilə həmin kredit borcu onun əmək haqqısından tutulmuşdur. Ona və ailəsinə dəymiş zərəri cavabdehlər tərəfindən ona qaytarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(075)-4381/2015 saylı məhkəmə əmrindən görünür ki, borclular xx.xx.1975-ci ildə Şəki şəhərində anadan olmuş Şəki şəhəri Nizami küçəsi ev 53A-da yaşayan X3 və xx.xx.1979-cu ildə Şəki şəhərində anadan olmuş və Şəki şəhəri Tolstoy küçəsi ev 14-də yaşayan İddiaçı 4808,72 ABŞ dolları əsas, 292 ABŞ dolları faiz və 13,62 ABŞ dolları cərimə olmaqla 5114,42 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İşdə olan X7 Təchizatı və Satışı İdarəsinin 08 aprel 2022-ci il tarixli, A-22/05 nömrəli arayışından görünür ki, İddiaçı ooğluna xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə hesablanmış əmək haqqı məbləğindən Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-4381/2015 saylı əmrinə əsasən kredit borcuna görə ümumilikdə 4839.31 manat tutularaq "xxxx" KB ASC-yə ödənilmişdir. İşdə olan X26 Teatrının 04 aprel 2022-ci il tarixli 73 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək İddiaçı 4 ayın əmək haqqısından hər ay 80 manat məbləğində borc vəsaiti tutularaq Unibank” KB ASC-yə ödənilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim olunan Şəki Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin 11 iyun 2022-ci il tarixli 2217 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 adına “Elektron notariat” informasiya sistemində vərəsəlik işi ilə bağlı əməliyyat aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında təqdim olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 16 iyun 2022-ci il tarixli, **********45 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 X15 X22 Nümayəndəliyinin 23 iyun 2022-ci il tarixli, 106 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında X11, X12, X10 və X13 adlı vətəndaşlar yaşayırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə-ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" Komersiya Bankı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən X8 zaminliyi ilə kredit vermişdir. X9 həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Bank məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(075)-4381/2015 saylı əmrinə əsasən borclular X3 İddiaçı 5114,42 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. X9 vəfat etmiş, borcun 5159 manat hissəsi İddiaçı əmək haqqından tutulmuşdur. Buna görə də iddiaçı X4 həyat yoldaşı və övladlarına qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhum X4 birinci növbə üzrə vərəsələridirlər. Lakin, İddiaçı mərhum X3 hər hansı bir miras qalmasını, miras qaldığı halda belə miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə sorğusu nəticəsində də mərhum X4 adına qeydiyyata alınmış və ondan miras qala biləcək əmlakın olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının göstərdiyi ünvanda belə başqa şəxslərin yaşadığı müəyyən olunmuş və cavabdehlərin mirasın faktiki qəbulu ilə bağlı sübut əldə olunmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X4 birinci növbə üzrə vərəsələri olan iş üzrə cavabdehlərin mərhum X3 hər hansı bir əmlakı miras şəklində qəbul etməsini təsdiq edə biləcək sübut məhkəməyə təqdim edilmədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhum X4 öhdəliklərinə görə cavabdehlik daşımaları əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mərhum X4 borcunun ödənilməsini onun vərəsələri olan iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 oğlundan tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ataları mərhum X4 aldığı kredit borcunun ödənilməyən hissəsini məcburi şəkildə ödəyərək ziyana düşdüyü üçün ona dəyən zərərin və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçı İddiaçı iddia ərizəsi ilə bağlı ödədiyi 75 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ümumilikdə 5179 manat məbləğində zərərin alınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı ödədiyi 75 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, təqdim edildiyi vaxtdan 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1052/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1052/2022
22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver