Məhkəmə qərarları › İş №e-2(075)-1053/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1053/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1053/2024 24.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 25 yanvar 2021-ci il tarixli, BPM**********86 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 523.68 manat əsas, 7.69 manat faiz olmaqla, cəmi 531.37 (beş yüz otuz bir manat 37 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin məhkəməyə göndərdiyi vəsatətə əsasən Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, BPM**********86 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 27 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2300 manat məbləğində kredit verilmişdir.X7 Məmmədiyyə qızı 17 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4357 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 06 yanvar 2024cü il tarixli maliyyə arayışa əsasən, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının vəfat etdiyi tarixə Banka ödənilməmiş 523.68 manat əsas, 7.69 manat faiz olmaqla, cəmi 531.37 (beş yüz otuz bir manat 37 qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" ASC ilə Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********96 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Abdullayeva Rəqiyyə Məmmədiyyə qızına 27 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2300 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 2300 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 27 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışından görünür ki, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 531,37 manat əsas borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh1 ünvanlanmış 24 noyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdeh Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının banka ödənilməmiş 523,68 manat əsas, 7,69 manat faiz borcu olmaqla, cəmi 531,37 manat borcunun qaldığı, borc məbləğini 3 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Şəki Rayon Məhkəməsinin 2(075)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli Abdullayeva Rəqiyyə Məmmədiyyə qızından miras qalmış Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızına məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsi və 0.035 ha olan torpaq sahəsi üzərində iddiaçı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş vəsiyyətnamə nəzərə alınmaqla payı müəyyən edilməsi qət edilmişdir. - Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1309 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının adına vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verilmiş 23 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının vərəsələri X6 (həyat yoldaşı, vəfat edib), Cavabdeh1 və Cavabdeh2dur. - 23 dekabr 2022-ci il tarixli, AZ-İİ 317850 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının xx.xx.2022-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 841 nömrə ilə qeyd edilmişdir. - Şəki şəhəri İcra Hakimiyyəti Dağdibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. - xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı mülkiyyətində olan, ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və fərdi yaşayış evinin ona məxsus ½ hissə və ½ hissəsinin 1/3 hissəsini xx.xx.1978-ci il təvəllüdlü oğlu Cavabdeh2 vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 87.52 kv.m yaşayış evi və 0,017 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 4\6 hissə fərdi yaşayış evi və 0,0053 torpaq sahəsi X1, 1\6 hissə fərdi yaşayış evi və 0,0058 ha torpaq sahəsi X3, 1\6 hissə fərdi yaşayış evi və 0,0058 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. - 20 fevral 2023-cü il tarixli Şəki şəhər İHB-nin SİƏD üzrə nümayəndəliyinin “Dağ dibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2, ünvan 3 ünvanında yaşayır. - 29 iyul 2023-cü il tarixli Şəki şəhər İHB-nin SİƏD üzrə nümayəndəliyinin “Dağ dibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1, ünvan 3 ünvanında yaşayır. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 mnata dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "xxxx" ASC ilə mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********96 №-li kredit müqaviləsinə əsasən mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızına 52 ay müddətinə illik 24% ödəmək şərtilə 2610 manat məbləğində kredit verilmişdir. Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı 26 avqust 2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən göründüyü kimi, Abdullayeva Rəqiyyə Məmmədiyyə qızı mülkiyyətində olan, ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və fərdi yaşayış evinin ona məxsus ½ hissə və ½ hissəsinin 1/3 hissəsini xx.xx.1978-ci il təvəllüdlü oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Şəki Rayon Məhkəməsinin 2(075)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli Abdullayeva Rəqiyyə Məmmədiyyə qızından miras qalmış Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızına məxsus ½ hissəsi və ½ hissəsinin 1/3 hissəsi və 0.035 ha olan torpaq sahəsi üzərində iddiaçı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş vəsiyyətnamə nəzərə alınmaqla payı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, iş materialları ilə müəyyən olunur ki, mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızının vərələri Cavabdeh2 və X5 hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 87.52 kv.m yaşayış evi və 0,017 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 4\6 hissə fərdi yaşayış evi və 0,0053 torpaq sahəsi X1, 1\6 hissə fərdi yaşayış evi və 0,0058 ha torpaq sahəsi X3, 1\6 hissə fərdi yaşayış evi və 0,0058 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qanunvericiliyin tələbləri baxımdan mərhum borculunun bank qarşısında yaranmış kredit borcları ondan qalmış mirası qəbul edən vərəsəsi tərəfindən ödənilməlidir. Lakin iddia tələbində mərhum borclunun vərəsəsi, yəni Cavabdeh2 ilə yanaşı borc məbləğləri digər Cavabdeh1 da tələb edilir. Lakin mərhum tərəfindən miras vəsiyyətnamə üzrə cavabdehlərdən yalnız birinə, Cavabdeh2 verildiyindən, borc məbləği də onun tərəfindən ödənilməlidir. Göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Abdullayeva Rəqiyyə Məmmədiyyə qızına kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 vərəsəlik hüququna əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 25 yanvar 2021-ci il tarixli, BPM**********86 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 523.68 manat əsas, 7.69 manat faiz olmaqla, cəmi 531.37 (beş yüz otuz bir manat 37 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.4 (40 qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar