Məhkəmə qərarları › İş №e-2(075)-1054/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1054/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1054/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 21 iyul 2020-ci il tarixli, BPM**********83 №-li və 04 avqust 2021-ci il tarixli, BPM**********77 №-li Tamkart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 266RPT**********) 1088.88 manat əsas, 9.98 manat faiz olmaqla, cəmi 1098.86 manat, kart krediti üzrə (referens: ********************) 296.9 manat əsas, 9.72 manat faiz olmaqla, cəmi 306.62 manat, ümumilikdə 1405.48 (bir min dörd yüz beş manat 48 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 34.05 (otuz dörd manat 5 qəpik) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X8 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, BPM**********83 №-li və 04 avqust 2021-ci il tarixli, BPM**********77 №-li Tamkart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 25 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1770 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. X1 19 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4358 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 07 yanvar 2024-cü il tarixli maliyyə arayışlarına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə (referens: 266RPT**********) 1088.88 manat əsas, 9.98 manat faiz olmaqla, cəmi 1098.86 manat, kart krediti üzrə (referens: ********************) 296.9 manat əsas, 9.72 manat faiz olmaqla, cəmi 306.62 manat, ümumilikdə 1405.48 (bir min dörd yüz beş manat 48 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********77 №-li Kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 25 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1770 manat məbləğində nəğd kredit verilmişdir. - İddiaçı "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********83 №-li tam kart çərçivə müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X8 xx.xx.2021-ci il tarixli nəğd kredit müqaviləsinə əsasən götürdüyü 1770 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 25 ay müddətinə, kart kredit müqaviləsinə əsasən götürdüyü 500 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışılarından görünür ki, X4 04 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1088,88 manat əsas borcu, 9.98 manat faiz borcu və 21 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 296,9 manat əsas, 9.72 manat faiz borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehə X4 banka ödənilməmiş kart krediti üzrə 296,9 manat və nəğd krediti üzrə 1088,88 manat əsas və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcu qalmışdır. - Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 adına vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - xx.xx.2022-ci il tarixli saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri X9, Cavabdeh, X10 və X2 ibarətdir. - Cavabdeh tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, mərhum həyat yoldaşı X3 qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. - X6 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüş mərhum atası X3 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. - X10 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüş mərhum atası X3 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. - X7 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüş mərhum atası X3 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. - 04 avqust 2022-ci il tarixli, AZ-İİ 287647 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 19 iyul 2022-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 559 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 34,05 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə mərhum X8 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, BPM**********83 №-li və 04 avqust 2021-ci il tarixli, BPM**********77 №-li Tamkart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 25 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1770 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. X1 19 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4358 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas borc yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildidiyindən ödənilmiş 34,05 (otuz dörd manat beş qəpik) manat dövlət rüsumu və və 0.4 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 iyul 2020-ci il tarixli, BPM**********83 №-li və 04 avqust 2021-ci il tarixli, BPM**********77 №-li Tamkart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 266RPT**********) 1088.88 (bir min səksən səkkiz manat səksən səkkiz qəpik) manat əsas, 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat faiz olmaqla, cəmi 1098.86 (bir min doxsan səkkiz manat səksən altı qəpik) manat, kart krediti üzrə (referens: ********************) 296.9 (iki yüz doxsan altı manat doxsan qəpik) manat əsas, 9.72 (doqquz manat yetmiş iki qəpik) manat faiz olmaqla, cəmi 306.62 (üç yüz altı manat altmış iki qəpik) manat, ümumilikdə 1405.48 (bir min dörd yüz beş manat qırx səkkiz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 34.05 (otuz dörd manat beş qəpik) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar