Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1059/2022 14.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 484,1 manat məbləğində kredit bоrcu, 1,32 manat məbləğində faiz bоrcu və 35,34 manat məbləğində cərimə borcu olmaqla, cəmi 520,76 manat (beş yüz iyirmi manat, 76 qəpik) məbləğində bоrcun, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1079,89 manat məbləğində kredit bоrcu, 2,12 manat məbləğində faiz bоrcu və 49,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1131.92 (min yüz otuz bir manat, 92 qəpik) manat məbləğində bоrcun, və ödənilmiş 36,53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 646,33 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu vəfaiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 162,23 manat ödəniş etmiş və оnun iddiaçıya 484,1 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu vəfaiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 73 gün üçün hesablanmış faiz borcu 1,32 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 73 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 35,34 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1461,3 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu vəfaiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 381,41 manat ödəniş etmiş və оnun iddiaçıya 1079,89 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit bоrcunu vəfaiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 73 gün üçün hesablanmış faiz borcu 2.12 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 73 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 49,91 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi 13 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək göndərərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 1% olmaqla 60 ay müddətinə 1461,30 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 dekabr 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 1% olmaqla 60 ay müddətinə 643,33 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, 09 nömrəli maliyyə arayışından görünür ki, 007A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə olan borcu 1079,89 manat əsas, 2,12 manat faiz, 49,91 manat cərimə olmaqla, cəmi 1131,92 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, 08 nömrəli maliyyə arayışından görünür ki, 007A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə olan borcu 484,1 manat əsas, 1,32 manat faiz, 35,34 manat cərimə olmaqla, cəmi 520,76 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 007A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1461,30 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 007A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 646,33 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1461,30 manat (min bir yüz altmış bir manat 30 qəpik) məbləğində kredit götürmüşdür. Bundan başqa, cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 646,33 manat (altı yüz qırx altı manat, 33 qəpik) məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqavilələri ləğv edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 484,1 manat məbləğində kredit borcu, 1,32 manat məbləğində faiz borcu və 35,34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 520.76 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 1079,89 manat məbləğində kredit borcu, 2,12 manat məbləğində faiz borcu və 49,91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1131,92 manat məbləğində borc və 36,53 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqavilələri ləğv edilsin; Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 484,1 manat məbləğində kredit borcu, 1,32 manat məbləğində faiz borcu və 35,34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 520.76 manat məbləğində borc; xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1079,89 manat məbləğində kredit borcu, 2,12 manat məbləğində faiz borcu və 49,91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1131,92 manat məbləğində borc və 36,53 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1059/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1059/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver