Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1059/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən aparılmış 50000 manat borcun X2 xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Regional "ASAN xidmət”mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 50000 manat borcun ondan X3 xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Şəki rayon İcra və Probasiya şöbəsindən gələn xəbərdarlıqdan sonra icra qeydindən məlumatlı olmuş və 06 fevral 2023 cü il tarixdə icra qeydinin surətini əldə etmişdir. İcra qeydini əsassız və qərəzli hesab edir. Tələbkarın əsaslandırılmamış ərizəsi əsasında, borcun qaytarılıb-qaytarılmamasını yoxlamadan notarius tərəfindən icra qeydi verilmişdir. Bundan başqa icra qeydinin verilməsi üçün tələbkar borcluya 20 gün əvvəl bildirş göndərməsini təsdiq edən sənədi və rüsum ödəmək barədə ərizəni təqdim etməlidir. Bundan sonra Notarius icra qeydi apara bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən, tələbkar borcluya 20 gün qabaq bildiriş göndərərək icra qeydinin aparılması üçün notariusa müraciət edəcəyi barədə xəbərdarlıq edilməli idi. Borcluya həmin xəbərdarlıq təqdim edilməmişdir. İddiaçının atasının mağazasında işləyən işçiyə bildiriş verilmiş, lakin həmin bildiriş iddiaçıya təqdim edilməmişdir. İddiaçının icra qeydindən məlumatının olub-olmamasını bilmir. Borcun tutulması barədə tələbə iddia icraatı qaydasında baxılaraq ətraflı araşdırma aparılmalıdır. Belə ki, Daşqın tərəfindən ödənişlər edilmişdir. Ona görə də, iddianın təmin edilməsini və icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, icra qeydinin aparılması üçün tələb olunan bütün prosedur qaydalara əməl olunmuşdur. İcra qeydinin aparılacağı barədə bildiriş iddiaçının mağazasında işləyən satıcı X8 təqdim edilmişdir. Mürsəl də həmin bildirişi İddiaçı təqdim etmişdir. Daşqın sözügedən bildirişi aldıqdan sonra “Whatsapp” vasitəsi ilə X5 mesaj yazaraq həmin göndərişin nə olduğunu soruşmuş, Əfqan da cavabında ona olan borcunun bildirişi olduğunu Daşqının nəzərinə çatdırmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Daşqın Bahadır oğluna 50000 manat məbləğində borc vermişdir. Borc alan həmin borcun 17000 manatını 27 fevral 2022-ci il tarixdə, 5000 manatını 27 mart 2022-ci il tarixdə, 5000 manatını 27 aprel 2022-ci il tarixdə, 23000 manatını isə 27 may 2022-ci il tarixdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş X6 tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildirişin surətindən görünür ki, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notariuas tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, İddiaçı ünvanlanmış poçt göndərişi 03 dekabr 2022-ci il tarixdə “X9” tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən yazılmış 22 yanvar 2023-cü il tarixli ərizənin surətindən görünür ki, X6, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat borcun İddiaçı tutulması ilə bağlı Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, 50000 manat məbləğində pulun İddiaçı alınaraq X5 ödənilməsi barədə icra qeydi aparılmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmşdir ki, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6, İddiaçı 50000 manat borc vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı, aldığı borc məbləğininin 17000 manatını 27 fevral 2022-ci il tarixdə, 5000 manatını 27 mart 2022-ci il tarixdə, 5000 manatını 27 aprel 2022-ci il tarixdə, 23000 manatını isə 27 may 2022-ci il tarixdə X5 qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı, müqavilə ürə öhdəliyinə əməl etməmiş, qeyd edilən tarixdə aldığı borcu qaytarmamışdır. Bundan sonra X6 qeyd edilən borcun tutulması ilə bağlı Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və notariat ofisində 22 yanvar 2023-cü il tarixdə 50000 manat məbləğində pulun İddiaçı alınaraq X5 ödənilməsi barədə icra qeydi aparılmışdır. İddiaçı həmin icra qeydinin əsassız olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161 -ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Qərarın 170-1-ci bəndinə əsasən icra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün "Elektron notariat” informasiya sisteminə daxil edir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbindən də göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. Göründüyü kimi İddiaçı hazırkı iddiasının əsası kimi X6 tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini göstərmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş X6 tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, İddiaçı borclu olduğu 50000 manat pulu ödəmədiyi və həmin borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmçinin iş materiallarında olan xəbərnamədən görünür ki, qeyd edilən bildiriş 03 dekabr 2022-ci il tarixdə X9 tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bildirişi qəbul edən X9, İddiaçı məxsus mağazada satıcı vəzifəsində işləyir. Məhkəmə həmçinin satıcı tərəfindən qəbul edilmiş bildirişin ona təqdim edilmədiyi barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmasından görünür ki, Ağaəliyev X4 Əfqan Mənsur oğluna mesaj yazaraq “bu nədir ki ay Əfqan belə, yazıb göndərmisən” deyə soruşmuş, Əfqan isə “bu mənim pulum deməkdir” deyə cavab vermişdir. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra qeydi aparılmışdır. X12 “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi aparılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən aparılmış 50000 manat borcun X2 xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən aparılmış 50000 manat borcun X2 xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1059/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1059/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver