Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1067/2024 07.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 avqust 2022-ci il tarixli, BPM**********78 №-li Tamkart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nağd kredit üzrə (referens: 266RCNL2********) 2589,56 manat borcun, 0 manat fazi olmaqla, cəmi 2589,56, kart kredit üzrə (referens: ********************) 299,77 manat əsas, 7,16 manat faiz olmaqla, cəmi 306,93 manat, ümumilikdə 2896,49 (iki min səkkiz yüz doxsan altı manat 49 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 48,96 (qırx səkkiz manat 96 qəpik) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə 07 may 2024cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X6 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, BPM**********8 №-li Tamkart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. X2 02 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4357 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 06 yanvar 2024-cü və 07 yanvar 2024-cü il tarixli maliyyə arayışlarına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə (referens: 266RCNL2********) 2589.56 manat əsas, 0 manat faiz olmaqla, cəmi 2589.56 manat, kart krediti üzrə (referens: ********************) 299.77 manat əsas, 7.16 manat faiz olmaqla, cəmi 306.93 manat, ümumilikdə 2896.49 (iki min səkkiz yüz doxsan altı manat 49 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, həqiqətən mərhum əri X6 ilə iddiaçı "xxxx" ASC -nin “Şəki” filialı arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, BPM**********8 №-li Tamkart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən İlham Nəsibova 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Mərhum ərinin "xxxx" ASC -nin “Şəki” filialından kredit götürməsindən əvvəllər xəbəri olmamış, vəfat etdikdən sonra bank tərəfindən ona bu barədə bildirmişdir. Hesab edir ki, mərhum əri həmin krediti xırda borcları ödəmək üçün götürmüşdür. Bankdan əvvəl mərhum ərinin ölüm haqqında şəhadətnaməsi istənilmiş daha sonra ərindən qalan evi adına rəsmiləşdirmək istədikdə sözügedən borcun ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Mərhum ərinin banka olan borcunu ödəməkdən imtina etməmiş, ankoloji xəstə olduğu üçün aldığı aylıq sosial ödənişlərin bir qismi onun müalicəsinə xərclənmişdir. O, iddianı qəbul etmiş və banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; 19 avqust 2022-ci il tarixdə bağladığı BPM**********8 №-li kredit müqaviləsindən görünür ki, X6 ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. 19 avqust 2022-ci il tarixdə bağladığı BPM**********8 №-li Tam kart müqaviləsindən görünür ki, X6 ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, X6 götürdüyü 3000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. Maliyyə arayışlarından görünür ki, X4 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə ödənilməmiş nəğd kredit üzrə 2589.56 manat əsas, 0 manat faiz olmaqla, cəmi 2589.56 manat, kart krediti üzrə 299.77 manat əsas, 7.16 manat faiz olmaqla, cəmi 306.93 manat borcu qalmışdır. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2023-cü il tarixli AZ-İİ № 335479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 fevral 2023cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 2023-cü ildə 131 № ilə qeyd edilmiş və ölüm səbəbi dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı göstərilmişdir Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 05 noyabr 2023-cü il tarixli, 4357 nömrəli məktubundan görünür ki, X1 vərəsəsi kimi Cavabdeh müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X6 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, BPM**********8 №-li Tamkart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. X2 02 fevral 2023-cü il tarixdə vəfat etmişdir. X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 19 avqust 2022-ci il tarixli, BPM**********8 №-li Tamkart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nağd kredit üzrə 2589,56 manat borc, kart kredit üzrə 299,77 manat əsas, 7,16 manat faiz borcu olmaqla, cəmi 306,93 manat borc, ümumilikdə 2896,49 manat məbləğində kredit borcu, ödənilmiş 48,96 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 19 avqust 2022-ci il tarixli, BPM**********78 №-li Tam kart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nağd kredit üzrə 2589,56 manat borc, kart kredit üzrə 299,77 manat əsas, 7,16 manat faiz borcu olmaqla, cəmi 306,93 manat borc, ümumilikdə 2896,49 manat məbləğində kredit borcu, ödənilmiş 48,96 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1067/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1067/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver