Məhkəmə qərarları › İş №e-2(075)-107/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-107/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-107/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı X1 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bokt ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri: İddiaçı Bokt ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən 1845.20 (bir min səkkiz yüz qırx beş manat iyirmi qəpik) manat əsas, 118.99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat faiz, 1861.80 (bir min səkkiz yüz altmış bir manat səksən qəpik) manat cərimə pulu olmaqla, cəmi 3825.99 (üç min səkkiz yüz iyirmi beş manat doxsan doqquz qəpik) manat kredit borcun və 58.30 (əlli səkkiz manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 1845.92 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-na 1845.20 manat əsas borc, 118.99 manat hesablanmış faiz borcu, 1861.80 manat dəbbə pulu olmaqla, cəmi 3825.99 manat borcu vardır. Eyni zamanda Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir.. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı X1 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, 0072/PB/19 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Bokt ASC ilə Cavabdeh (borcalan) arasında baölanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 01 faiz olmaqla 1845.92 manat məbləğində kredit verilmişdir. İddiaçı Bokt ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən 1845.20 (bir min səkkiz yüz qırx beş manat iyirmi qəpik) manat əsas borc, 118.99 (bir yüz on səkkiz manat doxsan doqquz qəpik) manat hesablanmış faiz borcu, 1861.80 (bir min səkkiz yüz altmış bir manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 3825.99 (üç min səkkiz yüz iyirmi beş manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh götürdüyü 1845.92 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/363/2024 saylı rəydən görünür ki, Cavabdeh İddiaçı Bokt ASC-nə olan borcu xx.xx.2023-cü il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1845.92 manat, faiz borcu üzrə 71,89 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsin əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi; Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Bokt ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 0072/PB/19 nömrəli 60 ay müddətinə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliyini tam və vaxtında icra etməmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlavə olaraq ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Bununla yanaşı müəyyən edilir ki, ekspert tərəfindən cavabdehin banka olan borcu xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1845.92 manat, faiz borcu üzrə 71,89 manat təşkil edir. Məhkəmə ekspert rəyini şübhə altına almaq üçün hər hansı əsas görmür. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən rəylə müəyyən olunan əsas borc məbləği iddia tələbində göstərilən məbləğdən çox olması müəyyən edilmişdir. İddiaçı iddia tələbini müdafiə etmişdir. Buna görə də məhkəmə iddia tələbində göstərilən əsas borc üzrə yaranmış məbləği daha əsaslı hesab edir. İddiaçı Bokt ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1861.80 (bir min səkkiz yüz altmış bir manat səksən qəpik) manat dəbbə pulu məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimənin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən 1845.20 manat, 71,89 manat faiz və 70 manat cərimə borcu olmaqla, cəmi 1987,09 manat borc tutularaq İddiaçı Bokt ASC-nə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və dövlət rüsumu haqqında qanunun tələbləri baxımından iddiaçı tərəfindən ödənilmiş 39,87 manat Cavabdeh tutularaq iddiaçının xeyrinə, 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 0072/PB/19 saylı kredit müqaviləsinə əsasən 1845.20 (bir min səkkiz yüz qırx beş manat, iyirmi qəpik) manat, 71,89 (yetmiş bir manat səksən doqquz qəpik) manat faiz və 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 1987,09 (bir min doqquz yüz səksən yeddi manat doxsan qəpik) manat borc və ödənilmiş 39,87 (otuz doqquz manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Bokt ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar