Məhkəmə qərarları › İş №e-2(075)-1071/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1071/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1071/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 958,74 (doqquz yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat, faiz borcuna görə 100,6 (bir yüz altmış qəpik) manat, cərimə borcuna görə 124,11 (bir yüz iyirmi dörd manat on bir qəpik) manat, cəmi 1183,45 (bir min bir yüz səksən üç manat qırx beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş vinesiya bilərzik - 1 ədəd, çəkisi- 6,2,əyarı–583; gül komplekt – 1 ədəd, çəkisi- 8, əyarı–583; qaşlı kalso – 1 ədəd, çəkisi- 6,4, əyarı–583; cəmi çəkisi 20,6 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızılzinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsi üzrə cəmi 1183,45 (bir min bir yüz səksən üç manat qırx beş qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SKLMB- 10285 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 1200 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB- 10285 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 958,74 manat, faiz borcuna görə 100,6 manat, cərimə borcuna görə 124,11 manat, cəmi 1183,45 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şəki” filialına saxlanca verilmiş və vinesiya bilərzik - 1 ədəd, çəkisi- 6,2,əyarı– 583; gül komplekt – 1 ədəd, çəkisi-8, əyarı–583; qaşlı kalso–1 ədəd, çəkisi- 6,4,əyarı–583; cəmi çəkisi 20.6 qram olan qızıl-zinət əşyalarından ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB-10285 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 2 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10285 nömrəli kredit müqaviləsi üzrə yaranmış 958,74 manat əsas, 100,6 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 1109.34 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan 583 əyarlı, ümumi çəkisi 20,6 qram olan qızıl zinət əşyalarına (vinesiya bilərzik-1 ədəd, çəkisi- 6,2, əyarı–583; gül komplekt–1 ədəd, çəkisi- 8, əyarı–583; qaşlı kalso–1 ədəd, çəkisi- 6,4, əyarı–583) yönəldilərək həmin əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməli və girov əmlakının satışından əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda ödənilməli olan borcun qalan hissəsi cavabdehddən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10285 nömrəli kredit müqaviləsi üzrə yaranmış 958,74 manat əsas, 100,6 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 1109.34 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan 583 əyarlı, ümumi çəkisi 20,6 qram olan qızıl zinət əşyalarına (vinesiya bilərzik-1 ədəd, çəkisi-6,2, əyarı–583; gül komplekt–1 ədəd, çəkisi-8, əyarı–583; qaşlı kalso–1 ədəd, çəkisi-6,4, əyarı–583) yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Girov əmlakının satışından əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda ödənilməli olan borcun qalan hissəsi cavabdehdən tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 10 iyul 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:40-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:50-də qurtardı. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar