Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1074/2023 25.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və X8 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evə istifadə hüququnun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onun həmin evə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X2 ilə 24 oktyabr 2013- cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamağa başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X2 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X2 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra onun valideynləri – iş üzrə cavabdehlər evi tərk etməyi üçün o, və uşaqları narahat etməyə, istifadəsində olan evdən qovmaq üçün müxtəlif hiylələr işlətməyə başlamışlar. Cavabdehlər nəvələri olan azyaşlı uşaqların həssas dönəmində diqqət və qayğı göstərmələri bir yana, maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Onun himayəsində olan azyaşlı uşaqlara baxmağa maddi imkanı yoxdur və yerləşdiyi ev şəraiti uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni deyil. Kirayə tutub yaşamağa maddi imkanı da yoxdur. Bu şərtlərlə onların yaşamaqları hər birinə çətilnlik yaradır. Bunlar isə cavabdehlərin hüququları olan evə buraxmaması və evdən qanunsuz qovması nəticəsində baş vermişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri Cavabdeh 07 may 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı o, və X8 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 saylı evə istifadə hüquqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun kirayə tutub yaşamağa şəraiti yoxdur. Lakin iddiaçı məhkəməni aldadır. Belə ki, iddiaçının mülkiyyətində Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi vardır və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Belə ki, məhkəməyə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tarixli 9157 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. Belə ki, İddiaçı 2013-cü ildə evlənmişdir. Tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan mənzil məcəlləsinə uyğun həll edilməlidir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi onun yaşayış yeridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onun azyaşlı övladlarının yaşayış yeridir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prossusual Məcəlləsinin 154.1 ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində məzmunudan əalvə olaraq izahat verərək bildirdi ki, ünvan 2 ünvanın mülkiyyətçiləri Süleyman Mustafayev qaynatası Telaman Mustafayevin əmisi Firozə Mustafayeva isə anasıdır. Hazırda yaşamağa yerləri olmadığından həmin evə köçürülərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdehlər Cavabdeh və X4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X14 arasında 24 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah 487 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadları verilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 2014-cü il təvəllüdlü X5 atası X11, anası isə X1r. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 mart 2018-ci il təvəllüdlü X6 atası X11, anası isə X1r. Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 iyul 2020-ci il tarixdə elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. 27 mart 2022-ci il tarixli MŞİH-15760 nömrəli X12 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X17 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etdilər və X12 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 30 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı övladları X15 və X16 ilə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti DƏDKRX Publik Hüquqi şəxsi 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 8341 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 2 nömrəli fərdi yaşayış evi X3 və X9 xüsusi mülkiyyətlərindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti DƏDKRX Publik Hüquqi şəxsi 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 9157 nömrəli məktubun surətindən görünür ki, İddiaçı adına Şəki şəhəri 118-ci kvartalda fərd yaşayış evi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti DƏDKRX Publik Hüquqi şəxsi 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2023-ci il tarixli, 8225 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində hazırda İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd: ünvan 3 ünvanda yerləçşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmıçş, lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarili, 4Ə- 741 saylı bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə, iş üzrə iddiaçı və onun nümayəndəsinin (vəkili) izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X11 ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və iddiaçı əri Nəriman Mustafayevin atası olan Cavabdeh faktiki olaraq məxsus olan ünvan 2 ünvanına gəlin kimi köçərək orada yaşamışdır. X11 06 iyul 2020-ci il tarixdə elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. Bundan sonra iddiaçı övladları ilə birlikdə həmin evdən çıxmışdır. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı Elanarə Mustafayevanın mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olubolmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ iddiaçının qaynatası cavabderh Cavabdeh əmisi Süleyman Mustafayevin və anası Firozə Mustafayevanın adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2013-cü ildən ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh faktiki olaraq məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının uşaqları ilə birlikdə cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh və X8 qarşı “ünvan 1 saylı evə istifadə hüququnun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələri” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1074/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1074/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver