Məhkəmə qərarları › İş №e-2(075)-1078/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1078/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1078/2024 21.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Xalapov Eldar İsrail oğlunun iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5226,44 (beş min iki yüz iyirmi altı manat qırx dörd qəpik) manat əsas borc üzrə, 509,02 (beş yüz doqquz manat iki qəpik) manat faiz borcu üzrə olmaqla cəmi 5735,46 (beş min yeddi yüz otuz beş manat qırx altı qəpik) manat pul vəsaitinin və 77,35 (yetmiş yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 20 aprel 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 19,61 faiz dərəcəsi ilə 59 ay müddətinə 5717,50 (beş min yeddi yüz on yeddi manat əlli qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən 5226,44 (beş min iki yüz iyirmi altı qəpik) manat əsas borc üzrə, 509,02 (beş yüz doqquz manat iki qəpik) manat faiz borcu üzrə olmaqla cəmi 5735,46 (beş min yeddi yüz otuz beş manat qırx altı qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Xalapov Eldar İsrail oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Krediti götürəndə onlara məlumat verməyib. Borcun olmasını da sonradan nə oğlundan nə də bankın nümayəndələrindən eşitməyib. İddianı qəbul edir. Ödəniş etməkdən yayınmır sadəcə maddi imkanının zəif olması səbəbi ilə borcun hissə hissə ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 59 ay müddətinə illik faiz dərəcəsi 19.61 faiz olmaqla 5717,50 (beş min yeddi yüz on yeddi manat əlli qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən götürdüyü 5717,50 (beş min yeddi yüz on yeddi manat əlli qəpik) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 12 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 mart 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10 yanvar 2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən 5226,44 (beş min iki yüz iyirmi altı qəpik) manat əsas borc üzrə, 509,02 (beş yüz doqquz manat iki qəpik) manat faiz borcu üzrə olmaqla cəmi 5735,46 (beş min yeddi yüz otuz beş manat qırx altı qəpik) manat borcu vardır. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh kreditin verilməsi və müqavilənin şərtlərini qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh müqaviləyə əsasən ona verilmiş 5717,50 (beş min yeddi yüz on yeddi manat əlli qəpik) manat məbləğdə vəsaiti tam olaraq götürmüşdür. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5717,50 (beş min yeddi yüz on yeddi manat əlli qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən 5226,44 (beş min iki yüz iyirmi altı manat qırx dörd qəpik) manat əsas borc üzrə, 509,02 (beş yüz doqquz manat iki qəpik) manat faiz borcu üzrə olmaqla cəmi 5735,46 (beş min yeddi yüz otuz beş manat qırx altı qəpik) manat pul vəsaitinin və 77,35 (yetmiş yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9016716A226 saylı kredit müqaviləsinə əsasən 5226,44 (beş min iki yüz iyirmi altı manat qırx dörd qəpik) manat əsas borc üzrə, 509,02 (beş yüz doqquz manat iki qəpik) manat faiz borcu üzrə olmaqla cəmi 5735,46 (beş min yeddi yüz otuz beş manat qırx altı qəpik) manat pul vəsaitinin və 77,35 (yetmiş yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar