Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1085/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 037CASA193430009 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 9476.54 AZN məbləğində əsas kredit borcu, 4.77 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 9481.31 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 114.82 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə bağlanmış 037CASA193430009 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən Cavabdeh4 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9801 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 037FİZAM78439801, 037FİZAM19022805 və 037FİZAM47103502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 9476.54 AZN məbləğində əsas kredit borcu, 4.77 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9481.31 AZN məbləğində vəsait borcu qalmaqdadır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh4 izahat verərək göstərdi ki, həqiqətən də "xxxx" ASC ilə onun arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank ona 60 ay müddətinə, illik 1% olmaqla 9801 manat məbləğində kredit vermişdir. Əvvəllər borcunu vaxtında ödəmişdir. Sonradan maddi imkanı olmadığından ödəniş cədvəlində göstərilən borcu ödəyə bilməmişdir. Lakin hər ay ödənişlər etmişdir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən mövcud borcun ayda az miqdarda hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh1 izahat verərək göstərdi ki, 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli Güzəştli kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə onun arasında 037FİZAM78439801 saylı 09 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Maddi imkanları aşağı olduğuna görə hər ay 50 manat məbləğində ödəniş edirlər. Borcu ödəməkdən yayınmırlar. Məhkəmədən mövcud borcun ayda az miqdarda hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Cavabdehlər Məmmədova Cavabdeh3 və Cavabdeh1 Elgün oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 037CASA193430009 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, 9801 manat kredit verilmişdir. İşdə olan, 09 dekabr 2019-cu il tarixli 037FİZAM78439801 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Rəsulov Cavabdeh1 Səxavət Əziz qızının İddiaçı ASC qarşısındakı 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan, 09 dekabr 2019-cu il tarixli 037FİZAMİ19022805 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh4 İddiaçı ASC qarşısındakı 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan, 09 dekabr 2019-cu il tarixli 037FİZAM47103502 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh4 İddiaçı ASC qarşısındakı 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 09 dekabr 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh4 götürdüyü 9801 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan borclu Cavabdeh4 oğlunun 09 dekabr 2019-cu il tarixli 037CASA193430009 saylı kredit müqaviləsi üzrə 03 fevral 2022-ci il tarixə İddiaçı ASC-nə olan kredit borcunun, faizlərin və peniyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh4 İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixə 9476,54 manat əsas, 4,77 manat faiz borcu olmaqla cəmi 9481,31 manat məbləğində borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9801 AZN məbləğində kredit verilmişdir. 037CASA193430009 saylı 09 dekabr 2019-cu il tarixli Güzəştli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM78439801 saylı 09 dekabr 2019-cu il tarixli, Cavabdeh2 arasında 037FİZAMİ19022805 saylı 09 dekabr 2019-cu il tarixli və Cavabdeh3 arasında 037FİZAM47103502 saylı 09 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən onlar borclu Cavabdeh4 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh4 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 037CASA193430009 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9476,54 manat əsas, 4,77 manat faiz borcu olmaqla cəmi 9481,31 manat məbləğində borc və 114,82 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh4 ilə İddiaçı ASC-nin arasında bağlanmış 037CASA193430009 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 9476.54 manat əsas borc, 4.77 manat faiz borcu, cəmi 9481.31 manat borc və 114.82 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1085/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1085/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver